Logo

“Diplomatiyanın tükəndiyi yerdə önə generallar çıxır” – Deputat Ermənistana dəmir yumruğu xatırlatdı

“Diplomatiyanın tükəndiyi yerdə önə generallar çıxır” – Deputat Ermənistana dəmir yumruğu xatırlatdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması ilə hərbi əməliyyatlara son qoyulsa da,  reallıqda Ermənistan Azərbaycana qarşı iki istiqamətdə müharibəni davam etdirir.  Hətta bir çox hallarda bu müharibə intensivləşməyə başlayıb. Ermənistan Azərbaycana qarşı mina və informasiya müharibəsi aparmaqda davam edir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanın mina xəritələrini verməməsi və sərhəddə təxribatları davam etdirməsi fonunda hansı addımların atılmalı olduğuna toxunarkən Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputatın fikrincə, belə bir reallıqda Azərbaycan ilk növbədə diplomatik fəaliyyəti gücləndirməli və bütün diplomatik kanallardan istifadə etməklə Ermənistanın iç üzünü işfa etməlidir:

"Xüsusən də ATƏT-in Minsk Qrupunun üzərinə böyük məsuliyyət düşəcək.  Onlar dialoq təşəbbüskarı kimi çıxış edir. Ermənistan hələ də mina müharibəsini davam etdirir. Amma həmsədrlər İrəvana heç bir təzyiq göstərmir, sadəcə dişsiz bəyanatlarla kifayətlənirlər.  Azərbaycan Prezidenti İlham Əliyev, Vitse-prezident Mehriban xanım Əliyeva bu məsələ ilə bağlı qətiyyətli və prinsipial siyasət həyata keçirir, beynəlxalq ictimaiyyəti məlumatlandırırlar”.

Deputat düşünür ki, bu məsələ ilə bağlı xüsusən də beynəlxalq qeyri-hökumət təşkilatlarını ittiham etməyimiz üçün unikal şərait yaranıb:

"Həmişə onlar ölkəmizi qərəzli şəkildə ittiham edib.  Amma indi ölkəmizin onları ittiham etməsinə ciddi əsasımız var. "Fridem Hause”, "Sərhədsiz Reportyorlar”, "Human Rayts” kimi təşkilatlar niyə Ermənistanın bu siyasətilə bağlı mövqe ortaya qoymurlar?”

Həmsöhbətimizə görə bunlar da nəticə vermədikdə isə dəmir yumruq yenidən işə düşməli olacaq: "Diplomatiyanın tükəndiyi yerdə önə generallar çıxır”.

Rüfət SULTAN

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR