Logo

Ermənistan Zəngəzur dəhlizi öhdəliyindən imtina edə bilərmi? – Şərh

Ermənistan Zəngəzur dəhlizi öhdəliyindən imtina edə bilərmi? – Şərh
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ermənistanın gələcək rəhbərliyinin belə bir addım atması mümkündür. Bu da Ermənistan idarəçiliyindəki problemlərdən qaynaqlanır. Ölkə xaricdəki hansısa qruplar tərəfindən idarə olunur. Odur ki, davranışları da beynəlxalq hüquq prinsiplərinə və Ermənistanın üzərinə götürdüyü öhdəliklərə ziddir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın hakimiyyətə gəlsələr, Zəngəzur dəhlizilə bağlı söhbəti qapadacaqları ilə bağlı bəyanatına münasibət bildirərkən QAFSAM-ın rəhbəri Araz Aslanlı deyib.

Bununla belə müsahibimiz düşünür ki, indi Ermənistanın manevr etmək imkanları kifayət qədər məhduddur və üzərinə götürdüyü öhdəliklərdən imtina etməsi əvvəlki qədər asan deyil:

"27 sentyabrdan başlayaraq Ermənistan alışmadığı sitiuasiya ilə üz-üzədir. Azərbaycan onu beynəlxalq hüquq prinsipləri çərçivəsində davranmağa məcbur edib. Ona görə bundan sonra Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, imzalanan sənəddə göstərilən addımları atmaq məcburiyyətindədirlər. Onu bu sənədlərə uyğun davranmağa məcbur edəcək dövlət və onun beynəlxalq tərəfdaşları var”.

A. Aslanlı kommunikasiya yollarının bağlı qalmasından Ermənistanın özünün daha çox ziyan çəkəcəyini xatırladıb: "Ermənistanın indiki və keçmiş rəhbərləri xüsusi emosional bəyanatlarla çıxış edə bilərlər, amma bu ölkədə normal məntiqlə düşünənlər bilir ki, regional dəhlizlərin açılması Ermənistanın da marağındadır. Bu səbəblərdən düşünürəm ki, Ermənistanın sabiq rəhbərləri tərəfindən bu cür bəyanatlar verilsə belə onun reallaşmaq ehtimalı zəifdir”.

Rüfət SULTAN
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR