Logo

Gürcüstan Bakı ilə Yerevanı barışdırmaq istəyir - İran və Rusiya NARAZIDIR...

Gürcüstan Bakı ilə Yerevanı barışdırmaq istəyir - İran və Rusiya NARAZIDIR...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Təxminən fevral ayından bəri Gürcüstan Cənubi Qafqaz ölkələrinin regional əməkdaşlığı kontekstində fəallıq göstərir. Bu çərçivədə Ermənistan baş naziri və prezidenti müxtəlif səbəblərlə Gürcüstana gediblər. Bundan başqa Gürcüstanın baş naziri region ölkələrinə səfər zamanı Azərbaycana və Gürcüstana səfər etdi. İndi də nazir Türkiyəyə səfər edib".

Bu sözləri Sfera.az-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy bildirib. Siyasi şərhçi Türkiyə də Gürcüstanın rəsmi Bakı ilə Yerevan arasında vasitəçilik etmək niyyətində olduğunu bildirib:

"İkinci Qarabağ müharibəsindən sonra yeni geosiyasi vəziyyət yaranıb. Bu vəziyyətin əsas tələblərindən biri regionda əməkdaşlığın inkişaf etdirilməsi, yeni əməkdaşlıq maddələrinin ortaya çıxmasıdır. Bu cəbhədə Azərbaycan da Qafqazda altılı əməkdaşlıq modelini irəli sürmüşdü. Bu səbəbdən bəzi ölkələr öz mövqeyni yenidən dəqiqləşdirməkdən ötrü təşəbbüs göstərmək, yeni təkliflərlə çıxış etmək ehtiyacı hiss etdilər. Belə ölkələrdən biri də Gürcüstandır".

Ekspert Azərbaycanın Gürcüstanın vasitəçi qismində çıxış etməsinə isti baxdığını deyib. N.Cəfərsoy İran və Rusiyanın bundan narahat olduğunu bildirib:

"Bu səfərlər çərçivəsində Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək, Cənubi Qafqazda yeni əməkdaşlıq formatına keçmək niyyətindədir və bu istiqamətdə müzakirələr aparılıb. Gürcüstan rəsmiləri bu niyyətlərini açıq şəkildə etiraf da edirlər. Bu istiqamətdə Gürcüstan tərəfi Ermənistan və Azərbaycandan müsbət münasibət alıb. Azərbaycan və Ermənistan Gürcüstanın vasitəçiliynə müsbət yanaşmasa, Gürcüstan tərəfi bölgə ölkələrinə belə ard-arda səfər etməz. Türkiyə prezidenti Ərdoğanın açıqlaması da Türkiyənin bu məsələyə isti yanaşması anlamına gəlir. Düşünürəm ki, əməkdaşlıqla bağlı Gürcüstan rəsmiləri məsələnin müzakirəsi üçün Rusiya və İrana səfər edəcək. Düzdür, Rusiya və İranın belə vasitəçiliyə isti yanaşacağını düşünmürəm. Çünki İranın bu istiqamətdə öz təşəbbüsləri var. Həm də Rusiya Azərbaycan və Ermənistan arasında əsas vasitəçi olduğu üçün Gürcüstanın yanaşamasına isti baxmır".

Əzizə Zeynal
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR