Kadrları Paşinyanı niyə tərk edir? – Politoloq düşmən ölkədəki istefaları şərh edir
Kateqoriya məlum deyil
Ermənistanda
kütləvi istefalar başlayıb. Elə ötən gün bu ölkədə xarici işlər nazirinin
müavini Qaqik Qalaçyan istefa verib. Bununla yanaşı, Ermənistan xarici işlər
nazirinin 4 müavini, habelə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini
Stepan Qalstyan istefa ərizəsi yazıblar.
Politoloq Qabil Hüseynli bununla bağlı Sfera.az-a açıqlamasında deyib ki, proses Paşinyanın seçkilərdə mövqeyini zəiflədə bilər:
"Lakin gedənlər zəif adamlar idi. Sanki batdığını hiss etdikləri üçün gəmidən çıxan siçovullar kimi mövqelərini tərk edirlər. Son dövrdə Paşinyana qarşı da böyük anti-təbliğat kampaniyası başlanılıb. Seçkiyə az qalmış müxalifət, Nikolu sevməyənlər özlərinin son kartını oynayırlar. Onun anti-rus meylli adam olduğunu sübut etmək üçün xeyli faktlar, uydurma, insanları çaşbaş salan materialları dövriyyəyə buraxırlar. Bununla da Rusiyanın ona qarşı münasibətlərini çətinləşdirmək istəyirlər. Bu istiqamətdə isə xeyli məsafə qət edə biliblər.
Rusiya sanki Paşinyandan üzünü döndərmiş kimi görünür, amma Paşinyanın reytinqi yerdə qalan namizədlərin reytinqindən yüksəkdir”.
Müsahibimiz Ermənistandakı kütləvi istefaların əsas səbəbindən də söz açıb:
"Paşinyan öz mövqelərini ciddi surətdə əsaslandırır. O deyir ki, Qazaxın 7 kəndini qaytarmaq lazımdır, biz hücum edib istila etmişik, qaytarmamalıyıq? Və ya Qaragöl bölünərkən 30 faizə qədəri Azərbaycana düşəcək, bununla fəlakət qopmayacaq ki? Yəni, bu adam məsələlərə dürüst yanaşılmasını, delimitasiya və demarkasiyanı düzgün, beynəlxalq normalara uyğun həyata keçirilməsini tələb edir. Amma beyni millətçilik arzularına tutulmuş bu xəstə insanlar qarşı çıxırlar. Biri elə xarici işlər naziri, heç 2 ay deyil təyin edilib. Görünür, adamların bəziləri kimlərinsə oyuncağıdır və yeri gələndə onu istədikləri istiqamətə yönləndirə bilirlər”.
Qeyd edək ki, mayın 27-də Ermənistanın xarici işlər naziri səlahiyyətlərini icra edən Ara Ayvazyan da istefa verib.
Günay Rəsulqızı