Logo

“Ukraynaya PUA-ların satışı ilə bağlı razılıqdan sonra…” – Rusiya Türkiyəyə uçuşları bu səbəbdən dayandırıb?

“Ukraynaya PUA-ların satışı ilə bağlı razılıqdan sonra…” – Rusiya Türkiyəyə uçuşları bu səbəbdən dayandırıb?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xəbər verdiyimiz kimi, Rusiya aprelin 15-dən etibarən Türkiyəyə uçuşları dayandırıb. Ötən gün isə mövcud qadağanın müddəti iyunun 21-dək uzadılıb. Qərarın pandemiya şəraiti ilə əlaqədar olduğu deyilsə də ortada siyasi motivlərin də yer aldığı bildirilir.
 
Maraqlıdır, görəsən doğurdan da qadağanın müddətinin uzadılmasının arxasında başqa hansısa məqamlar var?
 
Mövzunu Sfera.az-a şərh edən politoloq Natiq Miri bu qadağanın Ukrayna - Türkiyə münasibətlərindən qaynaqlandığını bildirib:
 
"Rusiyanın qəbul etdiyi qərarların arxasında hər zaman siyasi motivlər durur. Türkiyəyə yönəlik məlum qərar isə əsasən Ukrayna ilə bağlıdır. Ukrayna prezidentinin Türkiyəyə səfərindən sonra "Bayraktar” PUA-larının Ukraynaya satılması məsələsi razılaşdırılmışdı. Bu da Rusiyanın hərbi-siyasi maraqlarına uyğun gəlmirdi. Türkiyə prezidentinin birmənalı olaraq Krımı Ukraynanın tərkib hissəsi sayması yönündə açıqlaması da Rusiyanı qıcıqlandırmışdı.
 
Paralel olaraq Rusiya və Türkiyənin ortaq razılaşmadığı bəzi məqamlar var ki, bu məqamlar da əsasən Suriya və Liviyada, eyni zamanda Qarabağın özündə də mövcuddur. Məhz bu səbəbdən də geosiyasi maraqların toqquşduyu nöqtələrdə Rusiya-Türkiyə anlaşmazlığı olduğu üçün cəzalandırmaq məqsədilə bu addım atılıb. Rusiyanın özündə pandemiya tuğyan edir, gündəlik yoluxma sayı Türkiyədən qat-qat yuxarıdır. Bu onu deməyə əsas verir ki, verilmiş qərar siyasi motivlidir".
 
Ekspert qadağanın uzun müddət qüvvədə qalmayacağını qeyd edib:
 
"Lakin bu qadağanın uzunmüddətli olmayacağını düşünürəm. Nə qədər siyasi mötivli olsa da bu cür məsələlər Türkiyəyə ciddi zərbə vura bilməz. Uçuşların dayandırılması Rusiya iqtisadiyyatına, xüsusilə Rusiya turizminə ciddi zərbələr vurur. Bildiyiniz kimi Rusiya turizm şirkətlərinin təşkil etdiyi səfərlərin başında əsasən Türkiyə durur. Rusiyanın özündə turizm şirkətləri bu barədə haqlı narazılıqlarını ortaya qoyub. Yəqin ki, yaxın zamanda bu məsələ həllini tapacaq”.
 
Əzizə Zeynal
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR