Kim Çen İn yenə yoxa çıxıb - Bir aydır görünmür, nazir isə səbəbi açıqlamadı
Şimali Koreya lideri Kim Çen İn yenidən itkin düşüb, bir aya yaxındır ictimaiyyət qarşısına çıxmır.
Sfera.az "Yonxap” agentliyinə istinadla bildirir ki, bunu Cənubi Koreya Birləşmə Nazirliyinin nümayəndəsi Li Çjon Çju bildirib.
Kim Çen İn sonuncu dəfə mayın 6-da, Şimali Koreya hərbçilərinin ailələri ilə fotosessiya zamanı görüntülənib.
"Bu, Koreya Xalq Demokratik Respublikası (KXDR) liderinin cari ildə ictimai fəaliyyətinin ən uzunmüddətli fasilə dövrüdür",- deyə Cənubi Koreya nazirliyinin sözçüsü qeyd edib.
Li Çjon Çju sözügedən vəziyyəti şərh etmək, həmçinin Seulun Kim Çen İnın "yoxa çıxması” ilə bağlı mövqeyini açıqlamaq istəməib.
Xatırladaq ki, KXDR liderinin uzun müddət ictimaiyyət qarşısına çıxmaması ilk dəfə deyil narahatlıq doğurur. Belə ki, 2020-ci ilin yazında dövlət başçısının növbəti dəfə yoxa çıxması onun səhhəti ilə bağlı bir sıra şaiyələrin meydana gəlməsinə səbəb olmuşdu.
Ötən ilin 11 aprelində medianın diqqətindən yayınan Kim Çen Inın yeni fotoları 20 gün sonra dərc edilmişdi. Bu müddət ərzində siyasətçi bir neçə mühüm hadisəni, o cümlədən ölkənin əsas bayramı olan "milli lider" Kim İr Senin doğum gününü qaçırmışdı. Bəzi KİV-lərdə Kim Çen Inın ağır xəstə olduğu, hətta öldüyü də bildirilirdi.
Selcan






