Logo

Penitensiar xidmətin əsgəri özünü güllələyərək İNTİHAR ETDİ

Penitensiar xidmətin əsgəri özünü güllələyərək İNTİHAR ETDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əsgəri intihar edib.

Penitensiar xidmətin şöbə rəisi Mehman Sadıqov Sfera.az-ın sorğusuna cavab olaraq məlumatı təsdiqləyib.

O bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib.

Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib.

Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR