Logo

Baydenin məktubundakı mesajla sərhəddə baş verənlər arasında əlaqə varmı? - Açıqlama

Baydenin məktubundakı mesajla sərhəddə baş verənlər arasında əlaqə varmı? - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfinin yaratdığı insidentlərə onunla müttəfiq olan dövlətlərdən və ATƏT-in Minsk qrupundan hansısa ciddi reaksiyanı görmürük”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

O bidirib ki,  görünür, ATƏT-in ölmüş fəaliyyətini yenidən diriltmək və münaqişəni davamlı hala gətirmək istəyən qüvvələr üçün maraqlı olan münaqişənin daha da qızışmasıdır:

"O cümlədən onlar  "ATƏT-in fəaliyyətinə bu regionda yenidən ehtiyac var” anlayışını formalaşdırmaq istəyirlər. Təsadüfü deyil ki, ABŞ prezidenti Co Bayden Azərbaycan prezidenti İlham Əliyevə 28 May Respublika günü münasibəti ilə göndərdiyi təbrik məktubunda ATƏT-in adını çəkməklə onun fəaliyyətinin yenidən aktivləşməsində maraqlı olduğunu nümayiş etdirib. Eyni zamanda ATƏT-in Minsk qrupunun digər həmsədrləri Fransa və Rusiya tərəfindən də ATƏT-in yenidən aktivləşməsi ilə bağlı təşəbbüslərin olduğunu müşahidə edirik”.

Politoloq qeyd edib ki, həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda təkcə qlobal güclər deyil, eyni zamanda regional güclər də öz maraqları təmin etməyə çalışır:

"Bir müddət əvvəl Rusiya XİN başçısı Sergey Lavrovun Ermənistan və Azərbaycana səfərləri, ABŞ prezidenti Co Baydenin İlham Əliyevə təbrik məktubu, İran XİN başçısı Cavad Zərifin Azərbaycana səfəri, Çin lideri Si Tsinpinin ölkə başçısına təbrik məktubu və nəhayət iyun ayının əvvəlində Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun Azərbaycana səfəri regionda pərdəarxası oyunların getdiyini göstərir. Təbii ki, zamanla nələrin baş verməsini daha aydın görmək mümkündür”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR