Lukaşenkodan “düz etmişəm” açıqlaması - “Ryanair” təyyarəsi ilə bağlı qalmaqal
Kateqoriya məlum deyil
Belarus prezidenti Aleksandr Lukaşenko "Ryanair” təyyarəsi ilə bağlı vəziyyəti şərh edib.
Sfera.az-ın məlumatına görə, o, insanların təhlükəsizliyini qorumaqla qanun çərçivəsində hərəkət etdiyini söyləyib.
"Mən insanları bütün beynəlxalq qaydalara uyğun olaraq qorumaqla qanun çərçivəsində hərəkət etmişəm. Təyyarəni Belarus Nüvə Stansiyası yaxınlığında döndəriblər. Bəs, birdən nüvə stansiyasının təhlükəsizlik sistemləri tam hərbi hazırlıq rejiminə keçirilsə, nə baş verərdi?”, - deyə Belarus prezidenti bildirib.
Dövlət başçısı həmçinin təyyarə heyətinin Vilnüsdəki aviaşirkət və hava limanı ilə məsləhətləşdiyini, amma Mİnskdə eniş etməyə qərar verdiyini də qeyd edib.
Xatırladaq ki, mayın 23-də Afinadan Vilnüsə uçan "Ryanair” şirkətinə məxsus təyyarə "bomba təhlükəsi” səbəbilə Belarusun Minsk Beynəlxalq Hava Limanına təcili eniş edib. "Nexta” teleqram kanalının qurucusu, müxalif jurnalist 26 yaşlı Roman Protaşeviçin də həmin təyyarədə olub. Təyyarə Minskə endikdən sonra sənədlərin yoxlanılması prosesi zamanı Protaşeviç saxlanılıb və ona qarşı "kütləvi iğtişaşların təşkili” maddəsi də daxil olmaqla, bir neçə maddə üzrə cinayət işi qaldırılıb. Ona 15 ilə qədər həbs cəzası kəsilə bilər. Bir sıra Qərb ölkələri, o cümlədən də Avropa Birliyi Belarus səlahiyyətlilərinin hərəkətlərini qınayıb.Selcan
Sfera.az






