Logo

Putin Baydenlə niyə görüşmür? - SƏBƏB AÇIQLANDI

Putin Baydenlə niyə görüşmür? - SƏBƏB AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ tərəfi kimi, Rusiya tərəfi də prezidentlər Vladimir Putinlə Co Baydenin görüşü ilə bağlı yaxın gələcəkdə razılaşma əldə ediləcəyinə ümidlidir.

Sfera.az xatırladır ki, az əvvəl ABŞ dövlət katibi Entoni  Blinken görüş barədə danışmışdı. O, görüşün yaxın həftələrdə baş tutacağını qeyd etmişdi. Bundan əvvəl isə Politico kanallarında iki liderin görüş yerinə ehtimal olunan "namizədlər" haqqında məlumat  da verilmişdi.

Yeni təfərrüatları mətbuata Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov təqdim edib.

"Sözsgedən görüşə rəsmi razılıq verməyimizə  əngəl olan yeganə məsələ ABŞ-ın açıqlamaları ilə  praktik hərəkətlərinin nə dərəcədə uzlaşdığını tam təhlil etməməyimizdir.

Amma düşünürəm ki, yaxın gələcəkdə sözügedən təhlili başa çatdıracağıq və çox güman ki, hansısa razılaşmalar əldə ediləcək və bu barədə müvafiq rəsmi açıqlama veriləcək",- deyə Ryabkov bildirib.

Selcan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR