Ayvazyan Lavrovla görüşdə nəyi “ən vacib məsələ” adlandırdı?
Kateqoriya məlum deyil
Ermənistan Xarici İşlər Naziri vəzifəsini müvəqqəti icra edən Ara Ayvazyan rusiyalı həmkarı Sergey Lavrovla Yerevanda baş tutan görüşdə Azərbaycan tərəfindən bütün erməni əsirlərinin qaytarılmasının təmin edilməsini əsas məsələ adlandırıb.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Ölkəmizə səfəriniz Ermənistan-Rusiya dövlətlərarası dialoqun geniş spektri üzrə müzakirələrin davam etdirilməsi üçün yaxşı bir fürsətdir”,- deyə Ayvazyan öz çıxışında qeyd edib.Ayvazyan bildirib ki, ən vacib məsələ Azərbaycanın bütün hərbi əsirlərin və zorla həbs edilmiş şəxslərin geri qaytarılması öhdəliyini yerinə yetirməsini təmin etməkdir: "Bu məsələ ən qısa müddətdə həll olunmalıdır. Köçkünlərin evlərinə qayıtması və əhaliyə humanitar yardım göstərilməsi həllini gözləyən məsələlər sırasındadır”.
Selcan
Mənbə: News.am





