Logo

“Bu, Moskvanın “kökə və kötək” siyasətinin tərkib hissəsidir” - Politoloq

“Bu, Moskvanın “kökə və kötək” siyasətinin tərkib hissəsidir” - Politoloq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Politoloq Sergey Makrovun Fransanın vasitəçilik missiyasına qarşı çıxması və onun Almaniya ilə əvəzlənməsi barədə açıqlaması təsadüfi deyil”.

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Natiq Miri deyib. Politoloq düşünür ki, Moskva heç bir vəchlə Qarabağda digər xarici qüvvənin dominant olmasını istəmir:

"Putin Makronla Qarabağ məsələsini müzakirə etsə də, ancaq Rusiya siyasətşünasları səviyyəsində Moskva Fransanın o qədər də arzuolunan ölkə olmadığı mövqeyini ortaya qoyur, yaxud da belə bir görüntü yaradır”.

Həmsöhbətimiz qeyd etdi ki, Moskva bu məqamdan Azərbaycana təzyiq mexanizmi kimi istifadə etməyə çalışır: "Yəni  Rusiyadan başqa erməni havadarları olan digər ölkələrin prosesə müdaxiləsinin Azərbaycana müsbət nəticələr verməyəcəyi mesajını Bakıya verir.  Digər tərəfdən, isə siyasətşünasların dililə Parisin prosesdə iştirakının arzuolunmazlığını göstərir. Əslində, Rusiya siyasətşünaslarının dediyində böyük həqiqət var. Çünki, Fransa birmənalı olaraq Ermənistanı dəstəkləyir, ona görə də tərəf olan ölkə vasitəçi ola bilməz”.

N. Mirinin fikrincə, Rusiyalı siyasətşünasların bu açıqlaması heç də Azərbaycanı sevdiklərindən qaynaqlanmır: "Bu Moskvanın "kökə və kötək” siyasətinin tərkib hissəsidir”.
 

Fransanın Minsk qrupunda Almaniya ilə əvəzlənməsinə gəldikdə, politoloq buna da lüzum görmür: "Artıq ATƏT-in Minsk qrupunun görə biləcəyi hansısa iş qalmayıb.  Onlar üçün Qarabağ məsələsi bitib. Fransanın Almaniya əvəzlənməsi də bu müstəvidə yersizdir. Çünki, belə vəziyyət  ATƏT-in Minsk qrupunu diriltmək anlamına gələcək. Parisin Berlinlə dəyişdirilməsi də heç nəyi dəyişməyəcək. Berlinin Azərbaycan və Qarabağla bağlı ortaya qoyduğu mövqe də beynəlxalq hüquqa ziddi mövqedir.

Hətta tədricən Rusiya sülhməramlılarının missiyasının da tamamlamaq istiqamətində prosesi inkişaf etdirməliyik.  Onlara da ehtiyac yoxdur”.

Elçin

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR