Ceyhun Osmanlı: "Onun bütün sevgiləri qarşılıqlı idi..."
Politoloq Ceyhun Osmanlı Azad Rəhimovun vəfatı ilə bağlı öz feysbuk hesabında paylaşım edib.
Sfera.az xəbər verir ki, Ceyhun Osmanlı sosial şəbəkə hesabında sabiq nazirlə fotolarını paylaşıb və belə qeyd edib:
"O öz ailəsini sevirdi.
O öz dostlarını sevirdi.
O öz əməkdaşlarını sevirdi.
O öz millətini sevirdi.
O öz dövlətini sevirdi.
O öz ölkəsini sevirdi.
O dünyanı sevirdi.
O həyatı sevirdi.
O sevirdi və öz sevgisini real addımlarla nümayiş edirdi.
O heç vaxt laqeyd deyildi.
O hər zaman səmimi idi. Elə buna görə də onun bütün sevgiləri qarşılıqlı idi.
O həyatı, həyat onu sevirdi.
O sözün həm hərfi, həm bədii, həm fiziki, həm də mənəvi mənasında Böyük İnsan idi!
Dostluğumuzun 15-ci ilində fiziki olaraq vidalaşsaq da mənəvi olaraq hər zaman bərabərik!
Ruhun Şad olsun, Böyük Adam!
Ruhu və özü AZAD olan adam!
Adam kimi Adam! "








