Gəncənin bərbad şəhər nəqliyyatının sirləri
Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə sərnişinlərin rahatlığı, eyni zamanda Gəncənin estetik görkəmi bizi narahat etməyə bilməz.
Sfera.az bildirir ki, illərdir, Gəncədə sərnişindaşıma monopoliyası Azərnəqliyyat və Ekspress şirkətlərinin əlindədir.
Hələ də "köhnə ənənə"lərə sadiq qalaraq, hər avtobus sürücüsü gündə 100-150 manat plan verir. Bu isə ayda təxminən 700 min manat ilə 1 milyon manat arası vəsait edir.
Görəsən bu vəsait kimlər arasında bölüşdürülür?

Bu vəsaitin axını rəsmiləşdirsə hər halda Gəncə şəhərinə layiqli olan iri tutumlu müasir avtobuslar gətirilə bilərdi.
Bu gün isə əfsuslar olsun ki, Gəncə özünün 16 nəfərlik Hyundai mikroavtobusları ilə kifayətlənir.
Niyə 16 nəfərlik? Çünki bu sahədə vergilər avtobusun adam tutumuna uyğun hesablandığına görə vergidən yayınmaq üçün bu yola əl atılır. Reallıqda isə 16 nəfərlik mikroavtosunda 30-40 sərnişinin daşındığını görmək mümkündür. Bunun isə pandemiya şəraitində hansı nəticələrinin olacağını düşünmək elə də çətin deyil.
Gəncə şəhər İcra Hakimiyyəti başçısından boş zamanlarında Gəncə küçələrinə boylanmağı xahiş edirik.İnci






