Nazirlikdən Azad Rəhimovla bağlı daha bir - AÇIQLAMA
Kateqoriya məlum deyil
Gənclər və İdman Nazirliyi Azad Rəhimovun Bakıya gətirilməsi xəbərinə münasibət bildirib.
Sfera.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova açıqlamasında bildirib ki, Azad Rəhimov hələ də ABŞ-dadır, vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, 56 yaşlı nazirin artıq Bakıya gətirildiyi, koma vəziyyətində süni nəfəs aparatına qoşulduğu bildirilirdi.






