Logo

“Əgər müharibədən yayınmaq bizdən asılıdırsa...” – Lavrov Zelenskini ittiham etdi

“Əgər müharibədən yayınmaq bizdən asılıdırsa...” – Lavrov Zelenskini ittiham etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Yarım milyona qədər sakininin Rusiya pasportuna sahib olduğu Donbasda Ukrayna ilə müharibədən yayınmaq mümkündür və vacibdir”.

Sfera.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov RİA "Novosti”yə müsahibəsində silahlı toqquşma ehtimalını belə qiymətləndirib.

"Əgər bu bizdən və Ukraynadakı xalq qoşunlarından asılıdırsa, müharibədən qaçmaq mümkündür və vacibdir”,- deyə nazir bildirib.

Bununla yanaşı, Lavrov qeyd edib ki, Ukrayna tərəfinin və Ukrayna prezidenti Vladimir Zelenskinin əvəzinə danışa bilməz. Onun fikrincə, Ukrayna lideri nəyin bahasına olursa, olsun, hakimiyyətdə qalmağa çalışır. Bunun üçün o, hətta Donbas müdafiəçilərini terrorçu elan edən neonasistləri və ultraradikalları dəstəkləməyə belə hazırdır.

Daha əvvəl Sergey Lavrov Moskvanın ATƏT-i Ukraynanı Donbasdakı vəziyyətin sülh yolu ilə nizamlanmasına razı salmağa dəvət etdiyini bəyan etmişdi.

Selcan

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR