“Nə baş verib ki? Qoca, ağlı o qədər də çalışmayan bir kişi...” – Baydenin “soyqırım” açıqlamasına reaksiya
"ABŞ prezidenti Cozef Baydenin "erməni soyqırımı”nı tanımasının Ermənistanın dirçəlməsinə kömək edəcəyini düşünmürəm. Əksinə bu, ermənilərin daha da dözülməz vəziyyətə düşməsinə səbəb olacaq”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. O bildirib ki, ermənilərin dirçəlməsi bundan sonra Türkiyə və Azərbaycanla yaxşı münasibətindən keçirdi:
"Amerika okeanın o tayından gələrək Türkiyənin üzərindən keçib, Ermənistana heç bir yardım edə bilməyəcək. Əgər Ermənistana kömək edəcəksə də, bu həm Türkiyə, həm də Azərbaycanın yolu ilə olacaq. Amma Bayden bu hərəkəti ilə o məsələlərdə Türkiyə və Azərbaycanı bir qədər uzaqlaşdırdı. Həm Ermənistan-Azərbaycan-Rusiya arasında bağlanan sülh müqaviləsinə, həm də ermənilərin dirçəlməsinə ciddi ziyan vurdu.
Baydenin məqsədi heç də ermənilərə yardım etmək deyildi. Sadəcə o, ABŞ-da seçkiqabağı kampaniya zamanı erməni diasporuna verdiyi sözü tutmağa çalışdı. Bu, ermənilər üçün boş sözdən başqa bir şey olmayacaq. Bunu dünyada da, Ermənistanda da dərk edənlər var”.
Müsahibimiz bildirib ki, Rusiya faktorunu da danmaq olmaz: "Baydenin bu hərəkəti eyni zamanda erməniləri Rusiyanın orbitindən qoparıb özünə yaxınlaşdırmaq məqsədi güdür. Belə olan halda, Putinin münasibəti necə olacaq? Təbii ki, heç də xoşagələn olmayacaq. Düşünmürəm ki, Baydenin bu hərəkəti ermənilərin hər hansı formada vəziyyətinin düzəlməsinə kömək edəcək. Əksinə onların durumunun daha da pisləşməsinə səbəb olacaq”.Politoloq Qabil Hüseynli isə saytımıza açıqlamasında məlum hadisədən sonra ermənilərin bir qədər ruhlandığını qeyd edib: "5-10 gündən sonra yenə öz vəziyyətlərinə qayıdacaqlar. Nə baş verib ki? Qoca, ağlı o qədər də çalışmayan bir kişi 100 il bundan əvvəl baş vermiş köç hadisəsinə "soyqırımı” deyib. Bunu Fransa da, Belçika da, başqaları da deyib. Amerika dünya tarixinə, bəşər sivilizasiyasına "misilsiz” töhfələr verib. Köç nəticəsində xəstəlikdən, aclıqdan, malyariyadan ölmüş 150 min ermənini 1,5 milyon kimi göstərib bunu siyasiləşdirmək və dünya siyasətinin mühüm məqamına çevirmək biabırçılıq, dəli-divanəlikdir”.
Politoloq bundan sonra Baydenin ermənilərə dəstək olub olmayacağı ilə bağlı da danışıb: "Bayden ermənilərin əvəzinə üzüm plantasiyalarında işləyəcək? Əgər elə fikri varsa, gəlsin. Ermənilər dünyaya satdıqları yalanların qələbə çalmasına sevinirlər. Qoy şadlansınlar, atılsınlar, oynasınlar. Bu onlara heç nə verməyəcək. Kiçik, cırtdan bir xalq özündən gündə bir düzməcə uydurub ortaya atacaqsa və başıboş siyasətçilər də bunu populyarlaşdırmağa çalışacaqlarsa, buna nə ad verək? Bu, əlbəttə, xristian təəssübkeşliyi, ikili standartların meydan sulaması, Baydenin Ərdoğana mümkün nifrətindən doğan yanaşmadır. Bu, Türkiyənin müstəqil siyasət yeritməyə çalışması ilə əlaqədar "qoca sim dayı”nın qəzəblənməsidir”.
Xatırladaq ki, 24 apreldə ABŞ prezidenti Co Bayden uydurma "erməni soyqırımı”nın növbəti ildönümü ilə bağlı ənənəvi açıqlamasında "soyqırım” ifadəsindən istifadə edib.Günay Rəsulqızı






