Logo

Ermənilərin patriarxı 1915-ci il hadisələrini siyasətə alət edənləri qınadı - VİDEO

Ermənilərin patriarxı 1915-ci il hadisələrini siyasətə alət edənləri qınadı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Türkiyədəki ermənilərin 85-ci patriarxı Sahak Maşalyan 1915-ci il hadisələrini siyasətə alət edənləri qınayıb.

Sfera.az məlumat verir ki, o, yaşanan hadisələrin siyasi məqsədlər üçün sui-istifadə edildiyini bildirib.

Maşalyan qeyd edib ki, on illərdir bu mövzunun parlamentlərin gündəminə daşınmasının yaratdığı gərginliklər bu iki xalqı bir-birinə yaxınlaşmasına xidmət etmir. Əksinə, barışığın gecikməsinə şərait yaradır.

"İnanırıq ki, Tanrının iradəsi ilə türk və erməni münasibətlərində qardaşlıq və sevgi ortamını daha güclü şəkildə salamlayacağıq”, - deyə o vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR