Logo

“50 ildir, şagirdlərə eyni şeyləri öyrədirik” – Ekspert təhsilə yeni yanaşmanı vacib sayır

“50 ildir, şagirdlərə eyni şeyləri öyrədirik” – Ekspert təhsilə yeni yanaşmanı vacib sayır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Orta məktəbin informasiya yükünü azaltmalı, ali məktəblərə qəbul imtahanlarını sadələşdirməliyik. Yoxsa, ali məktəbin informasiyasını da indi olduğu kimi, orta məktəblərdə keçməli deyilik. İnsanlar yalnız son iki ildə,  yəni X-XI siniflərdə əldə etdikləri biliklər əsasında imtahan verməlidirlər”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda tədris planının 50 ildən çoxdur, dəyişməz qaldığına diqqət çəkərkən təhsil eksperti  Kamran Əsədov deyib.

Ekspert bildirib ki, müasir dövrün çağırışlarını tədris resurslarında nəzərə almalıyıq: "Orta məktəbi keçən əsrin 60-cı illərində bitirənlər hansı fənnləri keçirdilərsə, eyni fənləri dünən bizlər, bu gün isə övladlarımız keçir. 1930-40-cı illərin eyni informasiyalarını da müasir uşaqlara tədris edirik.

Halbuki dünya və yanaşmalar bir il ərzində belə kəskin şəkildə dəyişə bilir. Amma Azərbaycanda 50 ildir, eyni informasiyanı, eyni məlumatları eyni formada fərqli nəsil şagirdlərə çatdırmaqda davam edirik. Əsrin əvvəllərində mühazirələrdə nələri keçirdilərsə, indi də onları keçməkdə davam edirlər. Halbuki bu müddət ərzində elm, texnika və yanaşma tərzi, dəyərlər, qiymətləndirmə standartları xeyli dəyişib”.

K. Əsədov yanaşma tərzinin dəyişməsini vacib sayır: "Nəzərə almalıyıq ki, orta məktəbi bitirən məzunlar birbaşa cəmiyyətə daxil olur. Onlara elə informasiyanı verməliyik ki, faydalı olsun. Cəmiyyətə insan hazırlayırıqsa, ona cəmiyyətdə qarşılaşacağı informasiya və məlumatları verməliyik. İxtisaslı mütəxəssislər orta məktəbdə deyil, ali məktəbdə yetişir. İndiki halda universitetlər tələbəyə yeni heç nə vermir”.

Elçin

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR