Logo

"Zəngəzur dəhlizinin icrasına mane olmaq cəhdinin nəticəsi Ermənistan üçün ağır olacaq" - Deputat

"Zəngəzur dəhlizinin icrasına mane olmaq cəhdinin nəticəsi Ermənistan üçün ağır olacaq" - Deputat
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi prezident İlham Əliyev ötən gün çıxışında Zəngəzur dəhlizinin icrasının reallaşacağını qətiyyətlə bildirdi. Ölkə başçısı sözügedən addımın Ermənistanın istəyindən asılı olmayaraq həyata keçəcəyini, lazım gəlsə zorla baş tutacağını da diqqətə çatdırdı.

Maraqlıdır, Ermənistan tərəfi layihənin reallaşması üçün müqavimət göstərə bilərmi? Prezident zor tətbiqi dedikdə nəyi nəzərdə tuturdu?

Məsələ ətrafında Sfera.az-a danışan deputat Aydın Mirzəzadə Ermənistanın müqavimət göstərməsinin onun üçün ağır nəticələnəcəyini bildirib:

"Zəngəzur dəhlizinin icrasına mane olmaq cəhdinin nəticəsi Ermənistan üçün ağır olacaq" - Deputat

"Azərbaycan öz hüquqlarını qorumaq qətiyyətindədir. Prezident İlham Əliyevin ötən günkü çıxışı bunu bir daha göstərdi. Azərbaycan Naxçıvan bölgəsi ilə əlaqələrini Ermənistanın torpaqlarımızın bir hissəsin işğalı nəticəsində 30 il müddətinə itirmişdi. İndi həmin o əlaqələri bərpa etməyin zamanıdır. 10 Noyabr sazişində Ermənistan baş nazirinin imzası var. Həmin sənəd isə dəhlizin açılmasını ehtiva edir. Əgər Ermənistan dəhlizin açılmasından imtina edərsə, demək ki, o 10 Noyabr sazişindən ümümulikdə imtina etmiş olur. Bunun isə Ermənistan üçün hansı fəsadlarla nəticələnəcəyini təsəvvür etmək çətin deyil. Azərbaycan bu gün həmin dəhlizin açılması ilə bağlı əsasən Rusiya ilə danışıqlar aparır. Çünki Ermənistan dəmiryolu xətti Rusiya şirkətinin balansındadır, Ermənistan sərhədini Rusiya qoruyur. Bu baxımdan dəhlizin açılmasında Ermənistanın ciddi müqavimət göstərəcəyi gözlənilən deyil".

Deputat Rusiyanın da dəhlizin icrasında maraqlı olduğunu və ümumilikdə Azərbaycan tərəfindən çıxış etdiyini bildirib:

"Prezident özü də bir daha ciddi şəkildə xəbərdarlığını etdi. Rusiya sözügedən sazişin reallaşdırılmasında maraqlıdır. Çünki Dağlıq Qarabağ adlı keçmiş problemin həllində həmsədrlərdən ancaq Rusiya əməli fəaliyyət göstərdi. Digər tərəfdən bu gün Azərbaycan Rusiya üçün ciddi müttəfiqdir. Azərbaycanla Ermənistanın siyasi, iqtisadi, diplomatik və hərbi çəkisi yerlə göy qədər fərqlidir. Bu baxımdan Rusiya Azərbaycanla münasibətlərə diqqətlə yanaşır. Rusiya sülhməramlıları arasında yaranan anlaşılmazlıq isə bizim tərəfimizdə ciddi narazılıqla qarşılanacaq, bunu Rusiya da nəzərə alır".

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR