Logo

Belarus Qarabağın bərpasına hansı töhfəni verəcək? - “Kənd təsərrüfatının ən yaxşı təşkil olunduğu ölkədir”

Belarus Qarabağın bərpasına hansı töhfəni verəcək? - “Kənd təsərrüfatının ən yaxşı təşkil olunduğu ölkədir”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Belarus Qarabağda əkinçilik və maldarlığın bərpası, inkişafı istiqamətində xüsusi töhfə verə bilər”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdə Minski Qarabağın bərpası prosesində iştiraka dəvət etməsi fonunda bu ölkənin azad edilmiş ərazilərimizin yenidən qurulmasına hansı töhfələr verə biləcəyinə toxunarkən ekspert Cümşüd Nuriyev deyib:

"Belarus keçmiş sovet respublikaları arasında kənd təsərrüfatının ən yaxşı təşkil olunduğu ölkədir. Bu ölkədə kənd təsərrüfatı texnikası və təchizatı da yüksək səviyyədədir. Xüsusən də Belarusun buraxdığı kənd təsərrüfatı texnikaları Çindən aldığımız texnika ilə müqayisədə daha keyfiyyətlidir. Belarusda həmçinin aqrar sahənin indistralizasiyası kifayət qədər yüksək səviyyədə təşkil olunub. Burada tullantısız son məhsul istehsalı geniş yayılıb. Tətbiq etdikləri texnologiya vasitəsilə ətkəsmə kombinatında kəsilən heyvanın bütün hissələrindən istifadə edirlər. Bağırsağından saplar düzəldirlər”.

Həmsöhbətimiz qeyd etdi ki, aqrar sahə üzrə Qarabağın dirçəldilməsində Azərbaycan məhz Belarus təcrübəsindən istifadə etməlidir: "Azərbaycanda da aqrar sahə sürətlə gəlir gətirən sahədir, həm də qoyulan  sərmayə qısa müddətdə özünü doğruldur. Qarabağın ərazisi Belarusun cənub hissəsinin iqliminə uyğundur, torpaq örtüyündə oxşarlıqlar var.

Bir sözlə, Belarus Qarabağda əkinçilik və maldarlığın bərpa və inkişafı istiqamətinə xüsusi töhfə  verə bilər. Ona görə də Azərbaycan Prezidentinin Belarusu Qarabağın bərpası prosesində iştiraka dəvət etməsi uğurlu seçimdir. Onun reallaşması fonunda Bakı ilə Minsk arasında münasibətlər daha da yüksələcək”.

Elçin

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR