Logo

“Beyin köçü”nü necə dayandırmalı? – “Düşünürlər ki, onları yüksək maaşla ölkədə saxlamaq olar, amma...”

“Beyin köçü”nü necə dayandırmalı? – “Düşünürlər ki, onları yüksək maaşla ölkədə saxlamaq olar, amma...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Adına "beyin köçü” verilmiş prosesin son illər daha da intensivləşməsi ciddi narahatlıq doğurur. Müşahidələrə görə, yüksək təhsil almış, öz iхtisası üzrə mütəхəssis hesab olunan vətəndaşlarımız ölkəni tərk edərək, inkişaf etmiş dövlətlərin tanınmış elm və istehsal şirkətlərində işə düzəlirlər.

Bəs, bunun qarşısını necə almaq olar?

Milli Məclisin deputatı Tahir Mirkişilibununla bağlı Sfera.az-a açıqlamasında deyib ki, hər bir ölkənin inkişafında ideyalara sahib, "beyinlə işləyən” insanların rolu çox böyükdür. Deputat insanların işlədiyi yeri, yaşadığı ölkəni tərk etməməsi üçün çıxış yollarından danışıb. Onun sözlərinə görə, çoxları düşünür ki, həmin şəxsləri yüksək maaş, pul ilə motivasiya etmək olur:

"Amma aparılmış təhlillər bunun əksini göstərir. İdeyalarla işləyən insanlar üçün yüksək maaş, pul sonuncu yerlərdə durur. O zaman onlar üçün əsas motivasiya nədir?  Birincisi, qarşılarında böyük hədəfin və ətrafında bu hədəfə inananların olmasıdır. Məsələn, Marsa uçmaq, dünyada birinci olmaq və s.

İkincisi, orta yaşayış şərtləridir, yəni mənzil, avtomobil, idman zalı, kofe, internet, smartfon və digərləri. Daha sonra kollektiv arasında sayılması, onlara hörmətlə yanaşılması, daim yeni bir şey öyrənməsi və bunun üçün şəraitin olması”.
 

Millət vəkili qeyd edib ki, insan resurslarının insan kapitalına çevrilməsi üçün bu motivasiyaların təmin edilməsi mütləq şərtdir: "Əks halda, ideya sahibləri olan, beyinlə işləyən insanların axınını dayandırmaq mümkün olmaz”.

Günay Rəsulqızı
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR