Logo

Küləkli hava nə qədər davam edəcək?

Küləkli hava nə qədər davam edəcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bugün səhərdən Bakıda və Abşeron yarımadasında əsən güclü külək axşam mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, bugün Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında 14-17, Bakıda 15-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında qərb küləyinin əsəcəyi, arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR