Logo

BMT Baş Assambleyasının prezidenti Bakıya niyə gəlir? - Açıqlama

BMT Baş Assambleyasının prezidenti Bakıya niyə gəlir? - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"BMT Baş Assambleyası Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına rəy vermək istəyir”.

Bu sözləri Sfera.az-a açıqlamasında BMT Baş Assambleyasının prezidenti Volkan Bozkırın aprelin 1-12-si arası bir sıra ölkələrlə yanaşı, Azərbaycana da baş tutacaq səfərinin məqsədləri haqda danışarkən politoloq Məhəmməd Əsədullazadə deyib.

Həmsöhbətimiz hesab edir ki, ümumiyyətlə 44 günlük müharibədən sonra beynəlxalq təşkilatlar üçün Azərbaycanın əhəmiyyəti xeyli artıb: "Vətən Müharibəsindən sonra Azərbaycanın regionda rolu artıb. Dövlətimiz artıq regionda diqtə edən dövlət statusuna malikdir. Xüsusən də görürük ki, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizində, türk birliyi formatının meydana gəlməsində Azərbaycan katalizator rolunda çıxış edir. Ona görə də dünya ölkələri, beynəlxalq birliklər üçün Azərbaycanın xüsusi əhəmiyyəti var”.

M. Əsədullazadənin fikrincə, BMT yeni düzəndə Azərbaycanın həlledici rolunu anlayır: "Başa düşürlər ki, Azərbaycanla məsləhətləşmələr regionda sülh və sabitliyin əldə edilməsində mühüm həlqədir.  Bundan əlavə, Azərbaycan Qoşulmama Hərəkatının sədridir. Ölkəmiz BMT-də müəyyən təşəbbüs və qətnamələrlə çıxış edir. BMT Baş Assambleyasının ölkəmizə olacaq səfəri də onu göstərir ki, sözügedən qurum  səviyyəsində Azərbaycanın yürütdüyü bu siyasət dəstəklənir”.

Politoloq onu da qeyd etdi ki, BMT həmçinin Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına öz töhfəsini vermək istəyir: "Hesab edirəm ki, səfər çərçivəsində Azərbaycanla yeni spektrdə müzakirə və danışıqlar aparılacaq. Bir sözlə, BMT rəsmisi Volkan Bozkırın ölkəmizə səfəri Azərbaycanın regionda artan rolu,  yeni siyasi nizamın formalaşmasında tutduğu mövqedən irəli gəlir. Bundan əlavə regionda sülhün əldə edilməsi, xüsusən də görünür, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində gedən proseslərə BMT Baş Assambleyası da öz rəyini vermək istəyir. Səfər bununla da bağlı ola bilər”.

Elçin
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR