Logo

Son sərəncamlar nəqliyyat sektorunda hansı müsbət dəyişikliklərə səbəb olacaq? – Rəylər

Son sərəncamlar nəqliyyat sektorunda hansı müsbət dəyişikliklərə səbəb olacaq? – Rəylər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ən vacib gözləntilərdən biri təyyarə biletlərinin qiymətinin azaldılmasına nail olmaqdır”.

Bu sözləri  Sfera.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin "Bakı Metropoliteni” QSC,  Azərbaycan Hava Yolları QSC,  Azərbaycan Dəmir Yolları QSC, habelə "BakuBus QSC-nin idarəedilməsilə bağlı verdiyi sərəncamları dəyərləndirərkənMilli Məclisin deputatı Vüqar Bayramov deyib:

"Azərbaycan Prezidentinin sərəncamları ilə nəqliyyat sektorunda fəaliyyət göstərən iri dövlət müəssisələri- "Azərbaycan Hava Yolları”, "Azərbaycan Dəmir Yolları” və "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətlərində və eləcə də "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətdə Müşahidə Şuraları yaradıldı. Şuralar sözügedən qurumların fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirəcək.

Əsas məqsədi həmin qurumların fəaliyyətlərində səmərəliliyin artırılması olan Müşahidə Şuralarının yaradılması iqtisadi islahatların bir elementi kimi xarakterizə olunmalıdır. Göründüyü kimi, iri dövlət müəssisələrin idarəedilməsində yeni mərhələ başlayır. Sözügedən müəssisələrin fəaliyyətinin daha səmərli təşkil edilməsi həmin sektorun inkişafının dayanıqlığı baxımdan vacibdir”.

Deputat qeyd edib ki, postpandemiya dövründə turist axınına nail olmaq üçün təyyarə biletlərinin qiyməti endirilməlidir: "Azərbaycan Hava Yolları” (AZAL) fəaliyyəti ilə bağlı ən vacib gözləntilərdən biri də təyyarə biletlərinin qiymətinin azaldılmasına nail olmaqdır. Təyyarə biletlərinin qiymətinin yüksək olması ölkəyə gələn turistlərin sayına birbaşa təsir edir.  Amma postpandemiya dövründə daha çox istiqamətlərdə büdcə ucuşlarının sayının artırılması, eyni zamanda bilet qiymətlərinin aşağı salınması prioritet məsələlərdən olmalıdır.  Turizmin inkişafı keyfiyyətli və aşağı qiymətli ucuşların sayından da birbaşa aslıdır.

Bütövlükdə, yeni dövr islahatlarda əsas strateji priortet məhz dövlət mülkiyyətində olan müəssisələrdə korporativ idarəetmənin formalaşması və inkişafı olacaq”.

"Bu sərəncamlar sözügedən sahələrdə keyfiyyət baxımından mühüm dəyişikliklərə səbəb olacaq”.

Bunu isə sayta  Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib: "Son illər Prezident İlham Əliyev tərəfindən idarəetmənin çevikliyinin artırılmasına nail olmaq üçün mühüm islahatlar həyata keçirilir. Xüsusən də 2019-2020-ci illər  bu mənada yadda qalan oldu. Kadr islahatları ilə yanaşı, bir sıra institusional islahatlar da həyata keçirildi ki,   bunlar da bir-birini tamamlamaqla bütövlükdə dövlət idarəçiliyinin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə təkan verdi.  2020-ci ilin noyabrın 5-də Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsilə bağlı Prezident tərəfindən fərman verildi.  Son sərəncamlar da məhz həmin fərmanın icrasının təmin edilməsi istiqamətində atılan addımdır”.

Həmsöhbətimizin fikrincə, burada məqsəd müvafiq sahələrdə koorparotiv idarəetmənin təmin edilməsilə keyfiyyət dəyişikliyinə nail olmaqdan ibarətdir: "Sərəncamla sözügedən sahələrdə Müşahidə Şuraları yaradılıb və onlıarın səlahiyyətləri müəyyənləşib.  Bundan sonrakı mərhələdə Müşahidə Şurası müvafiq sahələrdə nəzarətin həyata keçirilməsi və rəhbərliyi təmin edəcək.   Hesab edirəm ki, sərəncam  "Bakı Metropoliteni” QSC,  Azərbaycan Hava Yolları QSC,  Azərbaycan Dəmir Yolları QSC, habelə "BakuBus QSC-də qısa zamanda ciddi keyfiyyət dəyişikliklərinə gətirib çıxaracaq. Sərəncamın hədəfi də məhz budur”.

Elçin

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR