"Rüsvay olacağıq, bundan böyük rəzalət ola bilməz!" - Vazgen Manukyan
Kateqoriya məlum deyil
Müxalif "Vətəni Qurtarma Hərəkatı" partiyasından Ermənistanın baş nazirliyinə namizəd Vazgen Manukyan özündən və müxalifətdən narazı olduğunu bildirib.
Sfera.az-ın "SputnikArmenia"ya istinadla məlumatına görə Manukyanın fikrincə, daha səmərəli işləmək olardı. Manukyan yayda ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin qəti əleyhinədir.
"Birincisi, Ermənistan hazırkı parçalanmış vəziyyətdə seçkilərə hazır deyil və seçkilər böhranı daha da dərinləşdirəcək, problemləri həll etməyəcək. İkincisi və ən əsası, əgər ölkəni çökdürən Paşinyan seçkilərə rəhbərlik etsə, öz gözümüzdə də, digər ölkələr qarşısında da rüsvay olacağıq. Bundan böyük rəzalət ola bilməz", - deyə Manukyan qeyd edib.
Tərcümə: Selcan
Sfera.az






