Logo

Nəsib Həsənov “Caucasus Onlinine”ın tam sahibi oldu

Nəsib Həsənov “Caucasus Onlinine”ın tam sahibi oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gürcüstan mediasının yaydığı məlumata görə, azərbaycanlı iş adamı Nəsib Həsənov "Caucasus Online" provayderinin 100% sahibi olub.

Sfera.az-ın məlumatına görə, "Formula Biznesa” xəbər verir ki, "Caucasus Online" magistral internet rabitə kanalının sahibi Xviça Makatsariya nəzarət səhm paketini (51%) Azərbaycanın NEQSOL Holding şirkətinə satıb. Qeyd edək ki, N.Həsənovun başçılıq etdiyi "Neqsol Holding”, magistral xəttin sahibi olan "Caucasus Online” şirkətinin səhmlərinin 49%-ni hələ 2019-cu ildə əldə edib.

Amma o zaman sövdələşmə Milli Rabitə Komissiyası ilə razılaşdırılmadığından tənzimləyici bir neçə dəfə şirkətdən səhmləri əvvəlki vəziyyətinə qaytarmağı xahiş etmişdi.

Sonuncu sövdələşmə nəticəsində isə azərbaycanlı iş adamı Nəsib Həsənov "Caucasus Online"ın 100%-lik sahibi olub.

Mənbə: Haqqın.az

Tərcümə: Selcan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR