Logo

“Biz onlara borcluyuq...” – Prezidentinin əsgəri olan gənclərin qələbəmizdəki rolu

“Biz onlara borcluyuq...” – Prezidentinin əsgəri olan gənclərin qələbəmizdəki rolu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezident İlham Əliyevin bayram tonqalını Azərbaycanın tarixi şəhəri, qələbəmizin isə simvolu sayılan Şuşa şəhərində alovlandırması hər bir azərbaycanlının qəlbini qürur hissiylə doldurub.

Sfera.az bildirir ki, bu həm də cənab prezidentin Şuşadan bütün dünyaya verdiyi mesaj kimi nəzərdən keçirilməlidir. Dövlət başçısı təbrik nitqində 44 günlük Vətən Müharibəsinin şanlı qələbəmizlə yekunlaşmasını şərtləndirən amillərdən söz açıb. Qələbənin ümumxalq birliyinin və mübarizəsinin nəticəsi olduğunu xatırladan Ali Baş Komandan bu xüsusda gənclərin rolunun məxsusiliyini qeyd edib.

Danılmaz faktdır ki, bu müharibənin qəhrəmanları məhz Prezident İlham Əliyevin hakimiyyəti illərində yetişmiş və formalaşmış gənc nəsildir. Məhz həmin gənclərin Vətən Müharibəsindəki qəhrəmanlığı müharibənin qələbəmizlə yekunlaşmasını şərtləndirən əsas faktorlardan biri olub. Bu isə Dövlətimizin uğurlu gənclər siyasəti ilə birbaşa bağlıdır.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırdıqdan sonra etdiyi müraciəti diqqətinizə çatdırırıq.

"Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq. Mən dəfələrlə deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi",- deyə Prezident vurğulayıb.

İkinci Qarabağ müharibəsinin bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənildiyini qeyd edən dövlətimizin başçısı deyib: "Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik. Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: "Şuşa, sən azadsan!", "Şuşa Azərbaycandır!", "Qarabağ Azərbaycandır!"

Orxan

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR