Logo

Bayden-Putin müharibəsinin Azərbaycana mümkün təsirləri – “Ölkəmizə təzyiqlər artacaq...”

Bayden-Putin müharibəsinin Azərbaycana mümkün təsirləri – “Ölkəmizə təzyiqlər artacaq...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycanın dik duruşu və qətiyyətli qərarları prosesdə həlledici olacaq”.

Bu sözləri Sfera.az-a açıqlamasında ABŞ prezidenti Co Baydenin son müsahibəsində Rusiya dövlət başçısı Vladimir Putin haqda dediklərindən sonra iki super dövlət arasında münasibətlərin gərginləşməsinin bölgəmizə və ölkəmizə mümkün təsirlərindən danışarkən politoloq Natiq Miri deyib:

"ABŞ prezidentinin Vladimir Putin haqda dediyi fikirlər iki dövlət arasında onsuz da pis olan münasibətləri daha da gərginləşdirib. Düşünürəm ki, mövcud gərginliyi yaxın zamanda yumşaltmaq mümkün olmayacaq. Bu isə ABŞ-la Rusiyanın geosiyasi maraqlarının bir çox bölgələrdə toqquşacağı qənaətini möhkəmləndirir”.

Həmsöhbətimizin fikrincə, bu iki dünya nəhəngi arasında Ukrayna, Suriya, Gürcüstan və Azərbaycanda maraqlar toqquşmasını müşahidə edəcəyik:

"Konqresdə Nümayəndələr Palatasının bir çox vəkilləri Azərbaycanın cəzalandırılmasını tələb edib.  Onlar prosesi tamamilə yanlış yöndə təqdim edərək, iddia edirlər ki, 44 günlük müharibədə Azərbaycan guya ermənilərə qarşı böyük vəhşiliyə əl atdığını iddia edir. Onlar müharibə bitdikdən sonra təxribat həyata keçirərkən həbs olunan erməni terrorçularının hərbi əsir adı ilə dərhal azad olunmasını tələb edirlər. Bu prosesin özü də ABŞ-ın müəyyən mənada Cənubi Qafqaza müdaxiləyə başladığını göstərir”.

N. Miri hesab edir ki, ABŞ bölgəmizə yönəlik siyasətində ermənilərə üstünlük qazandırmağa çalışır və bu tendensiyanın davamını müşahidə edə bilərik: "Burada söhbət Qarabağın statusu məsələsini yenidən gündəmə gətirməkdən gedir. ATƏT sədrinin bölgəyə səfəri çərçivəsində də bu məqamı müşahidə etdik. Bütün bu faktorlar Azərbaycan və ümumiyyətlə bölgə uğrunda ciddi mübarizənin başlana biləcəyini göstərir”.

Politoloq düşünür ki, bütün bunlara baxmayaraq Azərbaycanın dik duruşu və qətiyyətli qərarları prosesdə həlledici olacaq:"Unutmayaq ki, prosesdə Azərbaycan tək deyil, Türkiyə də onun yanındadır. Heç bir güzəştdən söhbət gedə bilməz. Prezident deyibsə ki, status məsələsi cəhənnəmə gedib, bu məsələni yenidən cəhənnəmdən qaytarmağa ehtiyac yoxdur”.

Elçin

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR