Logo

Qarabağdakı hadisələri işıqlandırmaq üçün ayrıca telekanala ehtiyac varmı? - Ekspertdən açıqlama

Qarabağdakı hadisələri işıqlandırmaq üçün ayrıca telekanala ehtiyac varmı? - Ekspertdən açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Dağlıq Qarabağdakı hadisələri işıqlandırmaq, dünya ictimaiyyətinə çatdırmaq üçün ayrıca bir televiziya və radio kanalı yaradılmalıdır. Ölkəmkizdə əvvəllər ingilis, erməni və rus dilində verilişlər hazırlayan CBC  kanalı var idi. Fikrimcə, bu xətti davam etdirmək lazımdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında bir qrup deputatın Azərbaycanda rus və ingilis dillərində ayrıca televiziya kanallarının yaradılması vacibliyi barədə fikirlərinə toxunarkən ekspert Qulu Məhərrəmli deyib.

Həmsöhbətimiz qeyd edib ki, xarici dillərdə telekanalların yaradılması böyük maliyyə tələb edir:

"Bəlkə də gələcəkdə Azərbaycanda da xarici dillərdə yayımlanacaq televiziya kanalının yaradılmasına zərurət yaransın. Amma bu gün ayrıca ingilis və ya rus dilində kanalların yaradılmasına elə də böyük zərurət yoxdur. CBC kanalı çərçivəsində ingilis və rus dillərində yayımlanan proqramları peyk  vasitəsilə dünyaya yaymaq olar.  Bununla belə həmin məsələ barədə düşünülməsi Azərbaycan gerçəkliklərini yaymaq üçün çox aktualdır”.

Elçin

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR