Logo

Azərbaycan və Ermənistanda eyni vaxtda keçiriləcək hərbi təlimlər nəyə hesablanıb? - Polkovnik izah edir

Azərbaycan və Ermənistanda eyni vaxtda keçiriləcək hərbi təlimlər nəyə hesablanıb? - Polkovnik izah edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, martın 15-dən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək.

Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10 000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq. Bu, 44 günlük qalibiyyətli hərbi zəfərimizdən sonra ordumuzun ilk genişmiqyaslı təlimləri olacaq.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Sfera.az-a açıqlamasında bildirdi ki, keçiriləcək əməliyyat–taktiki təlimlər planlıdır:

Azərbaycan və Ermənistanda eyni vaxtda keçiriləcək hərbi təlimlər nəyə hesablanıb? - Polkovnik izah edir

"Bilirsiniz, Azərbaycan ordusu müharibə etdi, zəfər qazandı. Ancaq ordunun öz planı da var və bu üzrə döyüş hazırlığı davam edir. Müharibədən sonra ordunun fəaliyyətini yüksəltmək, daim hazır vəziyyətə gətirmək üçün təlimlər keçirilir. Düşünürəm ki, bu təlimlər bir qədər fərqli olacaq. Çünki artıq təmas xətti yoxdur. Biz döyüş bölgəsi, təmas xəttinə bağlı olaraq təlimləri planlaşdırırdıq və bütün ssenariləri gələcəkdə ola biləcək döyüşlərə hesablayırdıq. İndi isə sevindirici haldır ki, bu təlimlər Azərbaycan sərhədlərini, ərazilərini qorumaq üçün keçirilir. Torpaqlarımız işğal altında olanda təlimlər zamanı müəyyən psixoloji gərginlik olurdu. Yəni təlimçi iştirakçıları da, rəhbəri də torpaqların azad olunmasını arzulayırdılar. Təlimlər bu ab-havada keçirdi. Lakin hazırda tamam başqadır və fikrimcə, şəxsi heyətin ruh yüksəkliyi yaxşıdır”.

Öz ərazi bütövlüyünü bərpa etmiş ordunun şəxsi heyəti ilə təlimlərin keçirildiyini deyən Şair Ramaldanov qeyd edib ki, hərbi təlimlər zamanı müharibədə qazanılmış təcrübə də təsdiq olunacaq:

"O cümlədən bu təlimlə Azərbaycan ordusu öz döyüş hazırlığını daha da yüksəldərək, idarəetmə və əlaqələndirmə proseslərini təkmilləşdirərək qarşıya qoyulan hədəflərə nail olacaq. Bizim artıq dünyaya heç bir mesajımız yoxdur. Öz torpaqlarımızı qoruyuruq, qorumağa qadirik. Və bu istiqamətdə ordumuzu inkişaf etdiririk. Bu, Azərbaycanın daxili işidir, heç kimin torpağında gözümüz yoxdur”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri də martın 16-dan 20-dək hərbi təlimlər keçirəcək. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi təlimlərdə 7 500-ə yaxın hərbi qulluqçu iştirak edəcək. Bundan başqa, 200-cə raket, artilleriya qurğuları, 100-ə yaxın zirehli texnika və hava hücümundan müdafiə sistemləri cəlb olunacaq.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR