Logo

Pandemiya neft qiymətlərinə risk yaradır? – Cari il üçün PROQNOZ

Pandemiya neft qiymətlərinə risk yaradır? – Cari il üçün PROQNOZ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xəbər verdiyimiz kimi "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,44 ABŞ dolları, yaxud 0,65% dəyərində azalıb.

Neftin qiymətinin tədricən aşağı düşməsi isə ötən ilki vəziyyəti xatırladır. Belə ki, 2020-ci ilin aprel ayında neftin qiyməti kəskin şəkildə aşağı düşərək 15,81 ABŞ dolları təşkil etmişdi.

Maraqlıdır, zamanla eyni riskli vəziyyət yarana bilər?

Məsələ ətrafında Sfera.az-a danışan iqtisadçı-ekspert Pərviz Heydərov neftin qiymətində kiçik azalmaların olmasının normal hal kimi qiymətləndirib. P.Heydərov ötən il yaşanan vəziyyətin təkrarlanmayacağını xüsusilə qeyd edib:

"Keçən il neft bazarındakı vəziyyətlə hazırkı vəziyyət eyni deyil. Ötən il pandemiya şəraiti ilə əlaqədar olaraq bütün iqtisadiyyat sahələri demək olar ki, dondurulmuşdu. Dünya üzrə koronavirusla əlaqədar olaraq karantin rejimi ləğv edilməsə də vaksinasiya prosesi ilə əlaqədar ölkələr artıq bir çox iqtisadiyyat sahələrini açıq elan ediblər. Bu hal Azərbycanda da belədir. Neftə olan tələbat artdığı üçün qiymətlərdə zamanla artım olacaq. Bazarda yaşanan kiçik qiymət azalmalarının olması isə normal haldır".

Ekspert karantin rejimindən aslı olaraq neftin qiymətinin artacağını da diqqətə çatdırıb:

"Xatırladım ki, bu yaxınlarda "Azeri LT CIF" markalı xam neftin qiyməti 70 dollara çatırdı. Bu il qiymətlərdə yaşanan kiçik azalmalar narahatlığa əsas verməməlidir, ötən ilin aprelində yaşanan riskli vəziyyət təkrarlanmayacaq. Bu il karantin rejiminin aradan qaldırılması nəticəsində neftin qiymətinin 70 dollaradək artacağı hətta daha da bahalaşacağı gözlənilir".

Sfera.az

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR