“Donbass planı masadadır” – Ukranya rəsmisindən “Rusiyadan cavab gözləyirik” açıqlaması
Ukrayna Rusiyanın Donbassda vəziyyətin nizamlanması planını təsdiqləməsini gözlədiyini bəyan edib.
Sfera.az "Ukrinform" agentliyinə istinadla xəbər verir ki, bunu Ukrayna prezidentinin ofis rəhbəri Andrey Yermaksöyləyib.
Plan Almaniya və Fransa tərəfindən hazırlanaraq Ukrayna tərəfindən təkmilləşdirilib. Yermakın sözlərinə görə, sənəd Minsk razılaşmasının prinsiplərinə cavab verir və beynəlxalq hüquq normalarına uyğundur.
"Sülhməramlı plan masadadır. Rusiya Federasiyasından da eyni mövqeyi gözləyirik", - deyə o bildirib.
Yermak bunun "çox ciddi bir addım" olduğunu və "bir-iki həftədən sonra qızğın müzakirə mövzusu" olacağını vurğulayıb.
"Amma Rusiya sənədlə razılaşmasa, bu onun Donbasda müharibənin bitməsini istəmədiyindən xəbər verəcək”,- deyə Ukrayna prezidentinin aparat rəhbəri əlavə edib.
Xatırladaq ki, 2020-ci ilin 27 iyulunda Donbassda Ukrayna, Rusiya və ATƏT nümayəndələri tərəfindən razılaşdırılmış müddətli atəşkəs elan edilib. Bu atəşkəs razılaşmasına əməl etmək üçün sayca 21-ci cəhddir.Selcan
Sfera.az





