Logo

YAP siyasi dialoq təşəbbüssü ilə çıxış edəcək - Deputatdan açıqlama

YAP siyasi dialoq təşəbbüssü ilə çıxış edəcək - Deputatdan açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanın ictimai-siyasi həyatına, ölkəmizin inkişafına çox böyük töhfələr verib. Prezident İlham Əliyev YAP-ın VII qurultayında proqram xarakterli çıxışı zamanı partiyanın ölkəmizin həyatında  bütün istiqamətlərdə oynadığı rola toxundu.  Həm də YAP-ın bundan sonrakı, yeni mərhələdə fəaliyyət istiqamətlərilə bağlı baxışlarını paylaşdı”.

Bu sözləri Sfera.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının keçirilən növbədənkənar VII qurultayı və hakim partiyada baş verən dəyişikliklərin ölkənin ictimai-siyasi həyatında oynayacağı rolu dəyərləndirərkən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib:

Həmsöhbətimiz qeyd edib ki, ölkə qarşısında yeni prioritetlər dayanır ki, hakim partiya bu prioritetləri də uğurla həyata keçirəcək:

"Hər şeydən öncə işğaldan azad etdiyimiz ərazilərdə quruculuq, bərpa işlərini keyfiyyətlə həyata keçirməliyik.  Bu istiqamətdə də hakim partiya böyük təhfələr verəcək. YAP ölkəmizin keçdiyi uğur yolu haqqında təsəvvürləri yeni formatda, yeni bir yanaşma ilə hər zaman cəmiyyətin diqqətində saxlayacaq. YAP daim özünün prinsipiallığı, təşəbbüsləri, yenilikçi ideyaları ilə seçilib”.

Hakim partiya funksionerinin fikrincə, bundan sonrakı mərhələdə də Prezidentin rəhbərliyi altında, onun baxışlarına uyğun olaraq YAP daha funksional olacaq, cəmiyyətin ictimai-siyasi həyatında öz sözünü inamla deməkdə davam edəcək: "YAP hər zaman siyasi dialoq təşəbbüsü ilə çıxış edib. Bundan sonrakı dövrdə də də həmin istiqamətdə təşəbbüslərimiz davam edəcək. YAP bu mövzuda da flaqman rolunda çıxış edəcək.

"YAP-da bəzi struktur dəyişikliyi də oldu. İcra katibliyi artıq mövcud deyil. Partiyada mərkəzi aparat institutu formalaşdı.  Veteranlar Ağsaqqallar Şurası, Təftiş Komissiyası yaradıldı.  Bu da onu göstərir ki, YAP bundan sonrakı dönəmdə də partiyanın daha keyfiyyətli idarə olunmasına həssas yanaşır”.

Elçin
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR