“Onu dilə tutan mən deyildim" – Yeltsin necə istefa verib?
Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin istefasının təfərrüatları məlum olub.
Sfera.az-ın məlumatına görə, Siyasi strateq Qleb Pavlovski Rusiyanın ilk prezidenti Boris Yeltsinin 1999-cu ildə istefaya çıxmasının təfərrüatlarını açıqlayıb.
"Bu fikir mənim seçki ssenarimdəndir. Bu ssenari ilə bağlı 1999-cu ilin yayında o zaman baş nazir olan Vladimir Putinin iştirakı ilə qərargah heyətinin dar çərçivədə keçirilən iclasında məruzə etmişdim. Plan qəbul olunub realizə edildi”,- deyə Pavlovski bildirib.
Pavlovski qeyd edib ki, "Əlbəttə, Boris Nikolayeviç, getməyə tələsmirdi", amma "1999-cu ildə keçirilən Duma seçkilərinin nəticələrini gördükdən sonra sakitləşdi və planın son hissəsi ilə razılaşdı."
"Amma təbii ki, onu dilə tutan mən deyildim"- deyə, siyasi strateq vurğulayıb.
Xatırladaq ki, Boris Yeltsinin prezidentlikdən istefa verməsi 31 dekabr 1999-cu ilin 31 dekabrında il Moskva vaxtı ilə günorta saat 12.00-da elan edildi. O dövrdə baş nazir olan Vladimir Putin, dövlət başçısı vəzifəsinin icraçısı təyin edildi.Selcan
Sfera.az






