Hakim partiya qocalarla vidalaşır? – Yaşı 65-dən yuxarı olan YAP funksionerlərinin SİYAHISI
Martın 5-də hakim partiya özünün növbəti qurultayını keçirərək YAP-ın rəhbərliyini təmsil edən İdarə Heyəti və Siyasi Şuranın tərkibində dəyişiklik edəcək. İddia olunur ki, qurultayda çox sayda məşhur YAP-çı rəhbər strukturlardan kənarlaşdırılacaq. Ehtimallara görə, onlar yaşlı və ictimai rəydə neqativ dəyərləndirilən simalardır.
Məlumdur ki, Azərbaycanda təqaüd yaşı 65 yaş müəyyən edilib. "Dövlət qulluğu haqqında” Qanuna görə dövlət qulluqçuları üçün ən son yaş senzi də 65 yaşdır. YAP-da "vurulacacaq” funksionerlər arasında yaşlıların üstünlük təşkil edəcəyi də istisna edilmir.
Bu baxımdan Sfera.az pensiya yaşını keçmiş məşhur YAP-çıları araşdırıb. Həmin şəxsləri təqdim edirik;
Hacıbala Abutalıbov - 76 yaş , təqaüdçü
Əli Əhmədov – 68 yaş, Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi
Akif Əlizadə - 87 yaş, Yeni Azərbaycan Partiyasının Sədr müavini
Əli Həsənov - 72 yaş, Yeni Azərbaycan Partiyasının Sədr müavini
Mübariz Qurbanlı – 67 yaş, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini
Abel Məhərrəmov – 71 yaş, akademik
Arif Rəhimzadə - 80 yaş, təqaüdçü
Yaqub Eyyubov - 75 yaş, Baş nazirin birinci müavini
Oqtay Əsədov - 66 yaş, Milli Məclisin deputatı
Ramiz Mehdiyev - 82 yaş, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik
Novruz Məmmədov - 73 yaş, Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektor
Misir Mərdanov - 74 yaş, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru
Qeyd edək ki, 65 yaşı tamam olan dövlət qulluqçusunun qulluq müddəti icra hakimiyyətinin müvafiq orqanılarının rəhbərləri tərəfindən hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluğunda olmaq müddətinin uzadılmasına beş ildən artıq icazə verilmir.Günay
Sfera.az





