Logo

Bakıda soyuq havaya görə qurulan çadırlar sökülür? - BŞİH-dən AÇIQLAMA

Bakıda soyuq havaya görə qurulan çadırlar sökülür? - BŞİH-dən AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Artıq iki gündür ki, paytaxt ərazisində soyuq hava şəraiti ilə əlaqədar sığınacaqlar - çadırlar qurulub. İsinmək üçün çadırlara üz tutanlar burada dincələ və nahar edə bilirlər.

Lakin bu gündən etibarən havanın tempraturu yüksəldiyi və qar yağmadığı üçün çadırların söküləcəyi ilə bağlı iddialar var. Məsələni dəqiqləşdirmək üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov Sfera.az-a açıqlamasında çadırların hələ ki, fəaliyyətdə olduğunu bildirdi:

"Şəhərin bir neçə istiqamətində qurulan çadırlar bu gün fəaliyyətdə olacaq. Sığınacaqlar soyuq havalar üçün nəzərdə tutulub, sökülməsi ilə bağlı hələ ki, qərar yoxdur. Çadırların sayının artırılması isə nəzərdə tutulmayıb", - deyə M.Hüseynov qeyd edib.

Xatırladaq ki, soyuq havalar üçün nəzərdə tutulan bu sığınacaqlar Nərimanov parkında, Yasamal rayonundakı İnşaatçılar metrosunun çıxışında, Sabunçu rayonundakı məscidin yanında, Suraxanıda Qaraçuxur qəsəbəsində olan Neftçilər parkında və Binəqədidə Azadlıq metrosunun çıxışında quraşdırılıb.

Sfera.az

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR