Logo

DƏHŞƏTLİ qəza: Qaradağda 10 maşın toqquşdu, ölən var - VİDEO

DƏHŞƏTLİ qəza: Qaradağda 10 maşın toqquşdu, ölən var - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakı-Qazax yolunda zəncirvari qəza nəticəsində bir nəfər vəfat edib.

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis mayoru Namidan Piriyev açıqlamasında bildirib ki, səhər saatlarında həmin yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində yük maşını (TIR) idarəetməni itirərək aşıb və yolun kənarına düşüb:

"Qəza zamanı bir neçə avtomobil də yük maşını ilə toqquşub.

Ümumilikdə, 10 avtomobilin iştirakı ilə qəza baş verib. İlkin məlumata görə, bir nəfər vəfat edib. Hazırda Bakı-Qazax yolunda avtomobillərin hərəkətində heç bir çətinlik yoxdur, yol açıqdır”.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. (Qafqazinfo)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR