Bill Qeytsdən yeni ideya: “Sintetik mal əti yeyək...”
Kateqoriya məlum deyil
Bill Qeyts dünyanı xilas etməyin yollarından bəhs edərkən yeni təkliflərlə çıxış edib.
Sfera.az RİA.Novosti-yə istinadla xəbər verir ki, Microsoft şirkətinin yaradıcısı və xeyriyyəçi Bill Qeyts Technology Review dərgisinə müsahibəsində zəngin ölkələrin bəşəriyyətin iqlim fəlakətindən xilasına necə kömək edə biləcəyi haqda danışıb.
"Düşünürəm ki, bütün zəngin ölkələr 100 % sintetik mal ətinə keçməlidir. Zamanla yeni ağız dadına alışacaqsınız. İnanıram ki, istehsalçılar da sintetik ətin dadlı olması üçün əllərindən gələni edəcək.”,-deyə Qeyts vurğulayıb.
Qeyts bitki mənşəli zülallara keçməyin heyvandarlıq istehsalının səbəb olduğu metan emissiyalarına qarşı mübarizə aparmağa kömək edəcəyinə ümid etdiyini bildirib.Tərcümə: Selcan
Sfera.az





