Logo

Əsgər anasına göndərilən məktubla bağlı AÇIQLAMA

Əsgər anasına göndərilən məktubla bağlı AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Müdafiə Nazirliyi əsgər anasına göndərilən və sosial şəbəkələrdə yayılan məktuba aydınlıq gətirib.

Sfera.az xəbər verir ki, nazirlikdən bildirilib ki, məktubun tərtibatı zamanı mexaniki səhvə yol verilib.

"Bildiririk ki, düzəliş olunaraq məktub valideynə yenidən göndərilib. Yol verilən mexaniki səhvə görə valideyndən üzr istəyirik", - deyə nazirliyin açıqlamasında qeyd olunur.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Müdafiə Nazirliyinin Tibb  Baş İdarəsinin  müalicə-profilaktika şöbəsinin rəisi tərəfindən  Vətən müharibəsində yaralanmış hərbi qulluqçu Şahin Qulieyevin  anasına göndərilən məktub yayımlanıb. Sözügedən idarənin şöbə rəisi Firuddin Nəbiyev tərəfindən göndərilən cavab məktubunda hərbi qulluqçunun ad soyadı yanlış qeyd edilib. Belə ki, məktubun əvvəlində hərbi qulluqçunun adı düzgün yazılsa da, sonradan o  Azər Əliyev kimi təqdim edilib.  (Qafqazinfo)

Əsgər anasına göndərilən məktubla bağlı AÇIQLAMA

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR