Logo

Vilayət Eyvazov Əli Həsənovun qaynını işdən qovdu

Vilayət Eyvazov Əli Həsənovun qaynını işdən qovdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi Cəbrayıl Vəliyev vəzifəsindən azad edilib.

Sfera.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, C.Vəliyev xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Qeyd edək ki, C.Vəliyev daha əvvəl Salyan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, C.Vəliyev Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun qaynıdır.

(report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR