65 yaşdan yuxarı deputatlar ikinci dəfə bu tarixdə peyvənd olunacaq - AÇIQLAMA
Kateqoriya məlum deyil
"65 yaşdan yuxarı şəxslər üçün koronavirus əleyhinə vaksinasiyanın ikinci mərhələsi fevralın 24-də başlayacaq".
Bunu Sfera.az-a açıqlamasında deputat Cavanşir Paşazadə bildirib. O ikinci mərhələyə də könüllü şəkildə gedəcəyini deyərək, narahatlığının olmadığını qeyd edib.
Xatırlaqdaq ki, 65 yaşdan yuxarı şəxslərin vaksinasiyası fevralın 8-də başlayıb. Milli Məclisdə bu yaş kateqoriyasında olan şəxslərin demək olar hər biri peyvənd olunub. İlkin mərhələdən keçən deputatlar növbəti dəfə fevralın 24-ü peyvənd olunacaq.
Sfera.az
Əzizə Zeynal






