Logo

Minasyan: “Laçın dəhlizindən yalnız Bakının icazəsi ilə...”

Minasyan: “Laçın dəhlizindən yalnız Bakının icazəsi ilə...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bundan sonra yalnız 9 noyabrda üçtərəfli bəyannaməni imzalayan ölkələrin vətəndaşları, eləcə də Bakıdan müvafiq icazə almış digər ölkələrin vətəndaşları Laçın dəhlizindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ərazisinə keçə biləcəklər.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri, Dağlıq Qarabağ münaqişəsinin tətikçisi Serj Sarkisyanın kürəkəni Mikael Minasyan özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, rus sülhməramlılarının fransalı  jurnalistlərin İrəvan tərəfindən verilmiş akkreditasiya (red. bu barədə də Minasyan məlumat vermişdi) ilə Qarabağa daxil olmalarına icazə verməməsindən sonra, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradov Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyana məktub yazaraq bildirib ki, mümkün anlaşılmazlıqların qarşısını almaq məqsədilə və yeni təlimatlar verilənədək sülhməramlılar yalnız liderləri 9 noyabr bəyanatını imzalayan ölkələrin vətəndaşlarına Laçın dəhlizindən keçmək icazəsi verəcək.

Keçmiş səfir əlavə edib ki, nazir bu məktuba məxfilik qrifi qoyub.

Fikrinə aydınlıq gətirən Minasyan bildirib ki, bundan sonra Rusiya və Ermənistan vətəndaşı olmayan şəxslər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər etmək üçün Bakıdan icazə almalı olacaqlar. Bu isə tamamilə təbiidir, çünki sözügedən region  beynəlxalq hüquqla Azərbaycan Respublikasının tanınmış ərazisidir.

Mənbə: Vestnik Kavkaza

Tərcümə: Selcan
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR