Logo

11 yaşlı qızını nişanlayan valideyni hansı cəza gözləyir? - AÇIQLAMA

11 yaşlı qızını nişanlayan valideyni hansı cəza gözləyir? - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

11 yaşlı qızla 15 yaşlı oğlanın nişan mərasimindən çəkilən görüntülərin bu gün sosial şəbəkələrdə yayılması gündəmi zəbt edib.

Bəlli olub ki, həmin mərasim Gürcüstanda, azərbaycanlıların yaşadığı Soğanlıq kəndində baş tutub. Bu olay ölkəmizdə bir çox insanlar tərəfindən sərt şəkildə qınanıb.

Hamını isə indi bir sualın cavabı gözləyir: həddi-buluğa çatmayan uşaqlara belə mərasim keçirən valideynləri hansı cəza gözləyir?

Sfera.az-ın məlumatına görə, Gürcüstanda fəaliyyət göstərən "Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli məsələyə münasibətini Bizim.Media-ya açıqlayıb:

"11 yaşlı qızın nişanlanması tamamilə qanunsuzdur. O, hələ həddi-buluğa çatmayıb, düşüncəsi tam formalaşmayıb, sərbəst qərar vermək gücünə sahib deyil.

Bu hadisə Gürcüstan Respublikasının da qanunlarına ziddir. Valideynlər və bu işə razılıq verən digər insanlar məsuliyyətə cəlb olunmalıdır.

Bu hadisədə açıq-aşkar uşaqların hüquqları pozulub. Günahı olan hər kəs cəzalandırılmalıdır”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR