Ərdoğan azərbaycanlı alimi yüksək vəzifəyə təyin etdi - FOTO
Kateqoriya məlum deyil
Ərdoğan azərbaycanlı professoru Türk Təhlükəsizlik Şurasının üzvü təyin edib.
Sfera.az Türkiyənin "Hürriyyət" qəzetinə istinadla xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı professor Aygün Attarı Prezidentin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edib.

Əvvəllər Aygün Attar Giresun Universitetinin rektoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Aygün Attar 1962-ci ildə Qubadlı rayonunda anadan olub.
1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Moskvada tarix üzrə doktorluq dissertasiyasını müdafiə edib. Ötən əsrin 90-cı illərinin ortalarında Aygün Attar Türkiyəyə köçüb.
2012-2016-cı illərdə Giresun Universitetinin rektoru vəzifəsini icra edib.Selcan
Sfera.az





