ANBAAN GÖRÜNTÜ: İçkili avtobus sürücüsü Sumqayıtda görün nə etdi- VİDEO
23:50
Sumqayıtda sərnişin avtobusu sürücüsü yol polisinin "saxla” əmrinə tabe olmayıb.
Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, avtobusu idarə edən şəxs sürət həddini aşaraq təhlükəli vəziyyət yaradıb.
Sosial şəbəkə istifadəçilərinin şərhlərinə görə, sürücü saxlanılıb, içkili olduğu məlum olub.
***
Sumqayıtda avtobus sürücüsü, 1977-ci il təvəllüdlü Quluyev Ceyhun Ələmqulu oğlu avtoxuliqanlıq edib.
Sfera.az xəbər verir ki, yolu işıqforun qırmızı işığında keçən sürücü polisin "Saxla” əmrinə tabe olmayıb və hərəkəti davam etdirib. Sumqayıt Dövlət Yol Polisi əməkdaşları şəhərin mərkəzi hissəsində sürət həddini aşaraq hərəkət edən və təhlükə törədən avtobusu maneə ilə saxlayıblar. Sürücü və konduktor Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilib.
Sürücünün nəqliyyat vasitəsini sərxoş idarə etdiyi bildirilir.
Məlumata görə, Ceyhun Quluyev idarə etdiyi avtobusla yol polisinin avtomobilini də əzib. Hadisə zamanı avtobusda sərnişin olmayıb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır. (Report)

Gülər
Sfera.az






