Logo

Qarabağda gözlənilən bərpa işləri hansı ardıcıllıqla həyata keçiriləcək? – Deputatdan açıqlama

Qarabağda gözlənilən bərpa işləri hansı ardıcıllıqla həyata keçiriləcək? – Deputatdan açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Elman Nəsirov: "Qarabağ enerji baxımından təmiz, həm də arxitektura baxımdan unikal əraziyə çevrilməlidir”
 
Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə start verilib.  Bu istiqamətdə bir sıra ilkin addımlar da atılıb. Azad edilmiş ərazilərdə müvəqqəti xüsusi idarəetmə yaradılıb. Bu xüsusi idarəetmənin başlıca məqsədi bölgənin bərpasını, əhalinin qayışdışını, ərazidə səmərəli və operativ udarəetməni həyata keçirməyə, ola biləcək neqativ halların qarşısını almağa yönəlib.
 
Bir sözlə, bu idarətetmə sistemi bölgənin mənzərəsini büsbütün dəyişməlidir. Prezident tərəfindən ərazilərə qayıdışdan əvvəl görüləsi işlərin ardıcıllığı da qeyd edilib.  Burada göstərildiyi kimi, ilk əvvəl ərazi minalardan təmizlənməli, təhlükəsiz məkana çevrilməlidir.  İşğal nəticəsində vurulmuş ziyanın qiymətləndirilməsi də vacibdir.  Təxmini hesablamalara görə, bu ziyan haradasa 55-60  manata qədərdir.
 
Üçüncü mərhələ infrastruktur layihələrinin icra edilməsidir ki, bölgənin inkişafında mühüm mərhələdir.  Nəhayət, yaşayış üçün şərait yaradılmalıdır ki, bölgənin bərpa planında bu məqama da xüsusi önəm verilir.
 
Qarabağda gözlənilən bərpa işlərini Sfera.az-a şərh edən Milli Məclisin deputatı Elman Nəsirov düşünür ki, bölgədə reallaşacaq layihələr ərazinin dünyanın ən gözəl məkanlarından birinə çevrilməsilə nəticələnəcək:
 
"Prezident İlham Əliyev AzTV-yə müsahibəsində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına xüsusi diqqət cəlb edib.  O qeyd etdi ki, bu istiqamətdə işlər planlı, məqsədyönlü şəkildə gedir. Orada heç bir xaotik, sistemsiz fəaliyyətdən söhbət gedə bilməz. Əlaqələndirmə işlərinin həyata keçirilməsi üçün xüsusi qurum da yaradılıb. Burada 55 dövlət təşkilatını təmsil edən 160 nəfərlik işçi heyəti, 15 kommisiya  fəaliyyət göstərir. Bu günlərdə konkret strateji fəaliyyət planı da hazırlanacaq.  Prezident qeyd etdi ki, bütün işlər ardıcıllıqla həyata keçirilir. İlk növbədə ərazi minalardan təmizlənməlidir. Bu baş vermədən orada heç bir digər işlərə başlamaq mümkün deyil”. 
 
E. Nəsirov qeyd edib ki, prosesdə təzminatın ödənilməsi məsələsi xüsusi önəm daşıyır: "Dəymiş ziyana görə təzminatın ödənilməsi məsələsi öz həllini tapmalıdır. Buna qədər quruculuq işlərinə başlaya bilmərik. Sonra mövqeyimiz beynəlxalq məhkəmələrdə zəifləyə bilər, ermənilər ölkəmizi ittiham edə bilər ki, o cinayətləri törətməyiblər. Ona görə də ilk növbədə bu istiqamətdə işləri həyata kerçirməli, beynəlxalq və yerli mütəxəssislərin iştirakı ilə dəymiş ziyan hesablanmalıdır.  Növbəti mərhələdə isə planlı şəkildə infrastrukturun və evlərin tikintisi kimi məsələlər öz həllini tapmalıdır”.
 

Deputatın fikrincə, bu zaman da ərazinin özünəməxsusluğu, xüsusiyyətləri, tarixi reallıq kimi faktorlar nəzərə alınmalıdır:

"Şuşa ilə bağlı Prezident bildirdi ki, şəhərin tarixi arxitekturasını qorumalı, dini, mədəni abidələri bərpa etməliyik. Şuşa sakinlərinin mövqeyi də nəzərə alınmalıdır ki,  bu şəhəri dünyanın ən gözəl məkanlarından biri kimi yenidən qura bilək. Cənab Prezident qeyd edib ki, Qarabağı cənnət məkana çevirməliyik.  Qarabağ dünyanın ən gözəl yerlərindən biri olmalıdır”.
 
E. Nəsirov bildirdi ki, görülən tədbirlər nəticəsində Qarabağ ekoloji təmiz, arxitektura baxımından unikal bir əraziyə çevriləcək: "Qarabağı yaşıl enerji zonasına çevirmək hədəfi müəyyən edilib. Onun hesabına bərpa olunan enerji Azərbaycanın enerji balansında 30 faizə çatdırılmalıdır. Bütün bunlar hesabına Qarabağ enerji baxımından təmiz, həm də arxitektura baxımdan unikal əraziyə çevrilməlidir  ki, bütün dünyanın diqqətini cəlb edə bilsin”.
 
Elçin
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR