Nigar Arpadaraidən “Azərsu”yə etiraz: “İzahatı qərardan öncə vermək lazım idi...”
Kateqoriya məlum deyil
Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı Nigar Arpadarai facebookdakı rəsmi səhifəsində Azərbaycanda suyun qiymətinin artırılmasına münasibət bildirib.
Sfera.az mİllət vəkilinin yazdıqlarını təqdim edir: "Çox təəssüf ki, vətəndaşlar belə qərarlar qəbul olunandan sonra məlumatlandırılır. "Azərsu” ASC qiymətin artırılması təklifi ilə Tarif Şurasına müraciət etməzdən, qərar qəbul olunmazdan öncə vətəndaşları planları barədə məlumatlandırmalı və izahatı qərar qəbul olunandan öncə verməli idi, qərarını əsaslandırmalı idi.”
Nigar Arpadarai həmçinin bildirib ki, vətəndaşların əvvəlcədən məlumatlandırılıması, sözügedən qərar ətrafında ağır diskussiyalara səbəb olacaqdı, vətəndaşlar, jurnalistlər, deputatlar öz mövqeyini bildirəcəkdi, amma bu düzgün olardı.Selcan
Sfera.az






