Logo

"Azərbaycan ən nikbin ssenaridəkindən də artığını əldə edib, buna Rusiya da təəccüblənir" - Politoloq

"Azərbaycan ən nikbin ssenaridəkindən də artığını əldə edib, buna Rusiya da təəccüblənir" - Politoloq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Dünən Moskvada baş tutan üçlü sammit sadəcə mərhələlərdən biri idi. Müxtəlif səviyyələrdə görüşlər davam edəcək. Belə başa düşürəm ki, tərəflər texniki-funksional sahələri seçib mərhələli şəkildə irəliləməyə çalışacaqlar".

Sfera.az xəbər verir ki, bunu Cənubi Koreyanın Hankuk universitetinin professoru, politoloq Rövşən İbrahimov bildirib.

"Azərbaycan ən nikbin ssenaridəkindən də artığını əldə edib, buna Rusiya da təəccüblənir" - Politoloq

Onun fikrincə, dünənki görüşün əsas xəttini təşkil edən məsələlər sürətli şəkildə həllini tapacaq:

"Dünənki mətndən də aydın olur ki, müzakirə ediləcək məsələlər öncədən müəyyənləşib, hazırlanıb. Amma buna baxmayaraq üç saat görüş keçdi.

Ortaq nöqtələr aydındır - hər üç tərəf nəqliyyat bağlarının açılmasında maraqlıdır. Ona görə də, bu, ən sürətli şəkildə həyata keçiriləcək. Maraqlıdır ki, bunu Qərb də istəyir, Paşinyanı Qərbdə dəstəkləyən qüvvələr də.

Bunun xaricində, Azərbaycan tərəfi Laçın koridorunda olan sərhədə, eyni zamanda Qarabağın qalan hissəsinə nəzarət etmək istəyir. Həm də, ermənilərin silahsızlaşdırılması təmin edilməlidir. Məhz ona görə də, əməliyyatlar zamanı tutulan terrorçuları buraxmaq istəmirik. Bu məsələ növbəti mərhələyə qalacaq".

Onun sözlərinə görə, düşmənin isə indi əsas məsələsi, tutulan ermənilərin buraxılmasını təmin etməkdir:

"Bu, Paşinyan üçün prestijdir. Ermənistanda da əsas gündəmdəki məsələlərdən biridir.

Belə başa düşmək mümkündür ki, Paşinyan qısa müddətlik də olsa yerini bərkitdi. Qərb onun getməsini istəmir, Rusiyanı isə indilik qane edir, elə Azərbaycanı da. Alternativ namizədlər üzrə onsuz da indilik xarici oyunçulardan heçkəs təşəbbüs irəli sürmür. Demək ki, hələlik Paşinyan yerində qalacaq.

Azərbaycan nəqliyyat infrastrukturunu sürətlə quracaq, xaricdən iri şirkətlər yaxın zamanda dəvət olunacaqlar".

Politoloq dünənki görüş ətrafında gedən müzakirələrdəki tənqidi tərəflərə də aydınlıq gətirib:

"Moskva görüşü ilə bağlı bəzi miflər:

1. Rusiya bu münaqişədən sonra regiona yerləşdi.

Cəfəngiyyatdır. Rusiya həmişə regionda olub. Bunun üçün Azərbaycanın içində olmaq lazım deyil. Sərhəd qonşumuzdur. 2020-ci ilə bəs Qarabağa kim nəzarət edirdi, ermənilər?

Ona görə də, Rusiyanın çıxıb getməyini istəmək dərin düşünülməmiş tələbdir. Elçibəy rus qoşunlarının çıxmasını tələb edəndə, ruslar ona görə çıxmışdı ki, istədiyi zaman gələ bilərdilər. Həm də silahları Sürət Hüseynova buraxmışdılar.

2. Türkiyə prosesin xaricindədir.

Türkiyə əvvəldən özünün istədiyi yer nə idisə, orada yer alır. Bundan çoxunu da istəmirdi. Moskvada Türkiyənin iştirakını gözləmək sadəlövhlükdür. Amma Türkiyə prosesləri izləyir, Rusiya ilə də görüşlər aparır. Türkiyə bundan daha geniş rol almaq istəsəydi, bunun üçün atmalı olduğu addımları atardı.

Ümumi vəziyyət isə belədir ki, Azərbaycan 2020-ci ilə qədər mövcud olan ən nikbin ssenarilərə görə əldə edə biləcəyindən də xeyli artığını əldə edib. Buna Rusiya özü də təəccüblənir. Bu isə son deyil".

Aysel

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR