Logo

2020-ci il ilin iqtisadi mənzərəsi – İlham Əliyevin liderliyində inkişaf edən Azərbaycan

2020-ci il ilin iqtisadi mənzərəsi – İlham Əliyevin liderliyində inkişaf edən Azərbaycan
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2020-ci il iqtisadi xüsusiyyətlərinə görə xüsusi dövr kimi yadda qalacaq. İlin böyük hissəsinin pandemiyaya təsadüf etməsi, bununla əlaqədar ölkəmizdə sərt karantin rejiminin tətbiq olunması, eyni zamanda 44 günlük Vətən müharibəsinin baş verməsi iqtisadi prosesləri müəyyənləşdirən əsas hadisələr oldu.

Covid-19 virusunun qlobal iqtisadi mühitdə yaratdığı passivlik bütün ölkələrin, o cümlədən Azərbaycanın da iqtisadi fəallığına mənfi təsir göstərdi. Ümumən iqtisadi göstəricilər pisləşdi, əmtəə ticarəti, xidmətlər mübadiləsi zəiflədi, ölkələrin xarici valyutada gəlirləri azaldı, pandemiyanın təsirlərinin minumuma endirilməsi üçün dövlətlərin xərcləri artdı və s.

Bu neqativ proseslər fonunda 2020-ci ildə Azərbaycanla bağlı müsbət iqtisadi dəyişikliklər də baş verdi. Sfera.az bildirir ki, Azərbaycan üçün müsbət iqtisadi dəyişiklikləri bir neçə başlıq altında cəmləşdirmək olar.

İlin ilk müsbət hadisəsi Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri və burada keçirdiyi görüşlər oldu. Yanvarın 20-dən 23-nə qədər baş tutan səfər zamanı dövlət başçısı bir neçə ölkənin və böyük şirkətlərin rəhbər şəxsləri ilə görüşlər keçirdi. Bu görüşlərin nəticəsi olaraq Azərbaycanda bəzi layihələrin həyata keçirilməsinə başlanıldı.

Davos görüşləri zamanı yanvarın 21-də Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması haqqında niyyət protokolu imzalandı. Protokol Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə Prezident İlham Əliyev arasında bağlandı.

Fevralın 19-da İlham Əliyevin İtaliyaya dövlət səfəri və səfər çərçivəsində Azərbaycan-İtaliya biznes-forumunun keçirilməsi də ilin əsas müsbət iqtisadi hadisələrindən biridir. Üç gün davam edən səfər Azərbaycanla İtaliya arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcı oldu. "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanması, energetika sahəsində əməkdaşlığın genişləndirilməsinin razılaşdırılması, turizm, nəqliyyat, mədəniyyət, qida təhlükəsizliyi, müdafiə sənayesi məhsullarının satışı və başqa istiqamətlər üzrə müqavilələrin bağlanması iki ölkə arasında əməkdaşlığı gücləndirdi.

Fevralda Bakıda Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirildi. Ayın 25-də baş tutan görüşdən sonra çoxlu sayda razılaşma sənədləri imzalandı. Onların arasında Nüxçıvana Qarsdan dəmir yol xəttinin çəkilməsi, ticarət razılaşması, qarşılıqlı vizdan azadetmə sazişi böyük əhəmiyyət kəsb edir.

2020-ci ilin martından ölkəmizdə sərt karantin rejiminin tətbiqinə başlanıldı. Karantinlə əlaqədar bir sıra sahələrdə fəaliyyətə məhdudiyyətlər gətirildi və bundan həmin sahələrdə çalışan sahibkarlar zərər gördü. Bu zərəri minuuma endirmək və post-pandemiya dövründə iqtisadi artımı dəstəkləmək üçün Azərbaycan hökuməti aprelin 4-də Tədbirlər Planını təsdiq etdi. Tədbirlər Planı ilə iqtisadiyyata 3,5 milyard manatlıq dəstək verildi. Tədbirlər Planına uyğun olaraq pandemiyadan zərər çəkən vergi ödəyicilərinin muzdlu işçilərinə və fərdi sahibkarlara dövlət maliyyə dəstəyi göstərdi. Muzdlu işçilərin əmək haqları dövlət vəsaiti hesabına maliyyələşdirildi, eyni zamanda fərdi sahibkarlara 3 dəfə birdəfəlik yardım edildi. Bundan başqa 600 min aşağı gəlirli vətəndaşlarımıza 190 manat məbləğində maddi köməklik edildi. Hazırda bu plana uyğun olaraq əhaliyə və iqtisadiyyata iqtisadi-sosial xarakterli dəstək verilir.

Apreldə Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı oldu. Bu müəssisənin işə salınması ilə Azərbaycan tibbi maskaya olan tələbatını tam ödədi və ölkəmizdə tibbi maskadan istifadə səviyyəsi xeyli yaxşılaşdı.

Mayın 12-də Sumqayıtda "Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin də açılışı həyata keçirildi. Hər iki müəssisənin işə salınması virusa qarşı qoruyucu vasitələrin təminatında ciddi dönüş yaratdı.

Aprelin 10-da Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Görüş koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olundu.

İyunun sonunda ölkəmizdə Sahibkarlar üçün Elektron Kredit Platforması fəaliyyətə başladı. İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan və ilk dəfə tətbiq olunan Elektron Kredit Platformasına (www.e-edf.gov.az) dövlət zəmanəti verilən krediti əldə etmək istəyən sahibkarlar zəruri məlumatları daxil edir, müvəkkil kredit təşkilatını seçir və biznes-planına uyğun olaraq kredit məbləğini qeyd etməklə müraciətini təsdiqləyir. Bu forma kreditlərin sürətlə təyin edilməsinə şərait yaradır.

İlin mühüm iqtisadi hadisələrindən biri Azərbaycan İnvestisiya Holdinqinin yaradılmasıdır. Avqustun 7-də yaradılan Holdinq əsas dövlət şirkətlərinin idarə edilməsində səmərəliliyin artırılmasına kömək edəcək.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbənin əldə edilməsi də əslində iqtisadi imkanlarımızın qiymətləndirilməsi üçün vacib indikator idi. Müharibə göstərdi ki, iqtisadi zəmin olmasaydı layiqli qələbənin əldə edilməsi çətinləşəcəkdi. Müharibə ölkəmizin iqtisadi dayanıqlılığını testdən keçirdi və bu imtahanın nəticəsi müsbət oldu.

Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsinin gələcəkdə böyük sosial-iqtisadi nəticələrini görəcəyik. Məşğulluğun, investisiya qoyuluşunun artması, turizmin, sənaye sahələrinin, kənd təsərrüfatının, yükdaşımanın artması bunun müsbət nəticələrindən olacaq.

Müharibə dövründə və sonrakı günlərdə də mühün iqtisadi hadisələr baş verdi.

Sentyabrda Milli İxrac Strategiyasının hazırlandı. İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan Strategiya Azərbaycanda ixraca yönələn iqtisadi inkişafın, o cümlədən ixracın təşviqi və hüquqi tənzimlənməsinin, həmçinin şirkətlərin ixraca istiqamətləndirməsi üçün əsas siyasət çərçivəsini müəyyən edəcək.

Bakı-Tiflis-Qars dəmir yol xəttindən istifadə etməklə Türkiyədən Çinə gedən ilk ixrac qatarı dekabrın 10-da Bakı Limanına çatdı. Bununla dəmir yol xəttindən hər iki istiqamətdə istifadəsi baş vermiş oldu. Xətt böyük İpək Yolunun bir hissəsi kimi həm Çindən Avropaya, həm də əks istiqamətdə ticarət xarakterli yüklərin və sərnişinlərin daşınmasını nəzərdə tutur.

"Doing Business 2020” hesabatında Azərbaycanın mövqeyi daha da yaxşılaşaraq 191 ölkə arasında 28-ə yüksəlməsi, Azərbaycanın reytinq cədvəlində 6 pillə irəliləməsi, dünyanın 10 islahatçı ölkəsı sırasında qərar tutması, TAP kəmərinin fəaliyyətə başlaması, işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı sosial-iqtisadi konsepsiya hazırlanması, Şuşada ilk istehsal müəssisələrinin fəaliyyətə başlaması 2020-ci ilin mühüm iqtisadi hadisələri kimi yaddaşlarda qalacaq.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR